«Mən, Türkiyədən pul götürməyəcəm...» - Ərdoğan 500 milyonluq hədiyyədən danışdı

Məlum olduğu kimi, Qətərin əmiri Təmim bin Hamad Əl Tani Türkiyəyə «Boeinq 747-8» təyyarəsi bağışlayıb. Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, qiymətli təyyarəni şəxsi istifadəsi üçün satın almayıb - hədiyyə olaraq qəbul edib.

«Röyter» agentliyinin xəbər verdiyi kimi, qiyməti 500 milyon dollar olan ikimərtəbəli «Boeing» göyərtəsinə 400 nəfəri götürə bilir, amma sözügedən hədiyyə təyyarə 76 sərnişinə və 18 nəfərlik ekipaja uyğun quraşdırılıb.

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasından olan deputat Sezgin Tanrıqulu təyyarənin satın alınmasından şübhələnib. O bildirib ki, ölkə hazırda iqtisadi böhran vəziyyətindədir.

«Əmir deyib: «Mən, Türkiyədən pul götürməyəcəm. Mən, onu həddiyə edirəm»» - deyə, cavabında Ərdoğan bəyan edib. Onun sözlərinə görə, təyyarə Türkiyə dövlətinə məxsus olacaq, şəxsən Ərdoğana yox.

635x100

Şərhlər

patriot 2018-09-17 21:16:26

BU ERDOĞANDİR !!!!

Son yazılar