Tərtərdə şiddətli döyüş gedir: Rayona 5 şəhid gətirilib!

Erməni silahlı qüvvələri ilə Tərtər istiqamətində şiddətli atışmalar davam edir.

Bu barədə məlumatı AzNews.az-a Tərtər rayon İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Hüseynov bildirib. O vurğulayıb ki, hazırda rayon üzrə cəbhəyani ərazilərdə şiddətli atışma səsləri eşidilməkdədir: “Bütün kəndlər ermənilər tərəfindən atəşinə məruz qalır. Amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin əzmkarlığı nəticəsində düşmən tərəfi susdurulur. Hazırda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və müavinlər yerlərdədir”.

T.Hüseynov bildirib ki, Erməni Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində dünən 2-i, bu gün isə 3 şəhid rayona gətirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar