Zakir Həsənov düşmənə zərbə endirmək üçün tapşırıq verdi - FOTOLAR

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən bölmələrdə olub, şəxsi heyətin döyüşə hazırlıq vəziyyətini yoxlayıb.

Bu haqda Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, bir neçə gündür ki, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfindən atəşə məruz qalan yaşayış məntəqələrimiz istiqamətindəki bölmələrdə olan Müdafiə naziri, vəziyyətlə bağlı məruzələri dinlədikdən sonra qarşı tərəfin mövqelərini müşahidə edib.

Ön xətt mövqelərindəki vəziyyətlə yerində tanış olan nazir dinc əhalinin Ermənistan qoşunları tərəfindən atəşə tutulmasına qarşı təxirəsalınmaz cavabın verilməsi və daha sərt tədbirlərin görülməsi ilə bağlı həmin istiqamətlərdə yerləşən bölmələrə konkret tapşırıqlar verib.

Hərbi qulluqçularla görüşərək onların qayğıları, sosial-məişət şəraiti ilə maraqlanan general-polkovnik Z.Həsənov şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

[gallery columns="7" size="full" ids="451041,451042,451043,451044,451045,451046,451047"]

635x100

Şərhlər

t.ədalət 2018-09-17 18:42:55

Burda yazılan "Azərbaycan -ermənistan dövlət sərhəddi" anlaşılmazdır.Bilinmir ki,söhbət hansı sərhəddən gedir.Bəlkə belə yazılmalıdır:"düşmən işğal olunmuş ərazilərimizdən ordumuzun mövqelərini atəşə tutub"?

Son yazılar