İSRAİL VƏ TÜRKİYƏ GİZLİCƏ BARIŞIRLAR? - Ərdoğan və Liberman Bakıda nə edirdilər?

İsrail və Türkiyə ikitərəfli münasibətləri stabilləşdirmək məqsədilə gizli əlaqələri davam etdirirlər. Əgər dramatik bir şey baş verməsə, iki dövlətin səfirləri İsraildə payız bayramlarından sonra dərhal işə başlayacaqlar. Bu barədə bu gün "Yediot axronot" nəşri bildirib.

Türkiyə XİN mayda ABŞ-ın Qüdsdə səfirlik açmasına etiraz olaraq İsrail səfiri Eytan Naeyə Ankaranı tərk etməyi təklif edib. Öz növbəsində Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan İsraili "terrorçu dövlət" adlandırıb.

Paralel olaraq Türkiyə tərəfi İsraildən və ABŞ-dan öz səfirlərini geri çağırdığını bəyan edib. Bu demarşlara baxmayaraq, iki ölkə arasında münasibətlər qırılmayıb, xüsusilə iqtisadi sahədə. Ankara və Qüdsün ritorikası sərtləşdikcə diplomatik əlaqələr də davam edib.

Türkiyə-İsrail münasibətlərinin normallaşmasına xidmət edən bir neçə amil var.

Əvvəla, bu, Suriyada müharibənin aktiv fazasının başa çatması və İranın təsirinin güclənməsilə əlaqədardır ki, bu da həm Türkiyə, həm də İsrail üçün müəyyən təhlükə yaradır.

İkincisi, Türkiyə iqtisadiyyatındakı kəskin böhran və lirənin devalvasiyası, o cümlədən Ankara və Vaşinqton arasında münasibətlərin kəskinləşməsi (Türkiyədə ehtimal edirlər ki, İsrail ilə yaxınlaşma Ağ Evlə gərginliyin azalmasına kömək edəcək).

Üçüncüsü, Rusiyadakı qeyri-sabitlik. Ərdoğan ona "stavka edirdi", ancaq qarşılığında arzu etdiyi dividenti ala bilmədi. Bundan əlavə, Tehranda son sammitdə Suriya probleminin həllində RF və Türkiyə rəhbərlikləri arasındakı müəyyən ziddiyyətlər Ərdoğanı yenidən şərq vektorunu qərb ilə əvəzləməyə məcbur edir.

Qeyd edək ki, ötən həftənin sonu Ərdoğanla yanaşı İsrailin müdafiə naziri Liberman da Bakıda idi. Diplomatik dairələrdə bunun "sırf təsadüfi" olduğu deyilsə də, faktın özü araşdırma tələb edir.

Aviqdor Liberman Bakıya rəsmi səfərə gəlib. Səfər zamanı prezident İlham Əliyev və digər yüksək vəzifəli şəxslərlə görüşüb. Bəyan edildiyi kimi, ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin regional vəziyyət müzakirə olunub.

Xarici KİV-də yayılan məlumatlara görə, Azərbaycan İsrail silahlarına maraq göstərməkdə davam edir. Odur ki, müdafiə nazirinin Bakıya gəlişi çətin ki, təsadüfi olsun.

Ərdoğana gəlincə, o, Azərbaycan hakimiyyətinin "erməni-bolşevik işğalından qurtulmanın 100 illiyi" adlandırdığı tədbirlərdə iştirak etmək üçün gəlib. Hərbi paradla müşayiət olunan bu tədbirlərdə Liberman iştirak etməyib, amma Bakıda olub. Onun mehmanxana otağının pəncərəsindən isə Ərdoğanın parada gedən eskortu görünüb, İsrail nəşri yazıb. (Turan)

635x100

Şərhlər

Mubariz 2018-09-17 20:07:36

t.ədalete.Bu ... IIR-a bu qeder nifreti hardan qaynaqlanir!Yegane sebeb onun yehuqi ya da onlarla elaqeli olmasidir.Nadan anlamir ki yehudilerin beseriyyete quşmanlagini QURANI kerim anladib.Öz qardaslarini quyuya atan peygemberler qetl eden tayfadan dostluq gœzlamek?!Bu özune sui qesdir.

t.ədalət 2018-09-17 20:07:36

Əgər bu barışıq varsa Türkiyənin xeyrinədir.ermənipərəst İranla dostluqdansa yəhudilərlə dostluq yaxşıdır.Rusiya Xəzər dənizi vasitəsi ilə silahları ermənistana İrandan daşıyır.ermənistanın ərzaq ehtiyaclarını əsasən İran ödəyir.

Son yazılar