Biləsuvarda qanunsuz ov edənlər saxlanıldı

İcazəsiz ova cəhd edən Biləsuvar rayon sakinləri saxlanılıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, Biləsuvar rayonu ərazisində brakonyerliyə qarşı mübarizə məqsədilə reydlər keçirilib.

14 sentyabr 2018-ci ildə keçirilən reyd zamanı rayonun Paraval adlanan ərazisində icazəsiz ova cəhd edən dörd nəfər saxlanılıb və onlardan dörd ov tüfəngi götürülüb.

Araşdırma zamanı onların Biləsuvar rayonun İsmətli və Ağayari kənd sakinləri Eldəniz Bəhmənov, Teymur Hüseynov, Elizvar Bəhmənov və Mahir Məmmədov olduğu müəyyən edilib.

16 sentyabr 2018-ci il tarixində keçirilən növbəti reyd zamanı isə rayonun açıq ov sahəsində “Niva” markalı 12-BG-139 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb. Avtomobildən şahin quşunun ovlanması üçün 19 ədəd kustar üsulla düzəldilmiş tələ (cələ) və digər ləvazimatlar götürülüb.

Araşdırma zamanı avtomobili idarə edən şəxsin Biləsuvar rayon sakini Murad Novruzov olduğu məlum olub.

Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar