PREZİDENT ADMİNİSTRASİYASINDA YENİ TƏYİNAT - Novruz Məmmədovu Hikmət Hacıyev əvəz edəcək

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub. Bu barədə virtualaz.org-a məlumatlı mənbələr bildiriblər.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsi Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra boş qalır. Bu baxımdan Hikmət Hacıyev faktiki olaraq şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək.

H.Hacıyev 1979-cu ildə Gəncədə anadan olub. BDU-nun beynəlxalq münasibətlər fakültəsinin məzunudur, habelə Belçikanın ULB universitetində təhsil alıb. 2000-ci ildən XİN-də işləyir. 2014-cü ildə nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunub.

635x100

Şərhlər

samir 2018-09-18 09:27:02

kohne hamam kohne tas

Eldar 2018-09-18 09:27:02

Çox uğurlu seçimdir. Hikmət bəy əvvəlki vəzifəsində də özünü əsl zadəgan, bəy nəslinin nümayəndəsi kimi aparırdı. Onun babası Mustafa ağa Şəkibəyov çar Rusiyası dövründə polis rəisi, sonralar isə Azərbaycanda Xalq Cümhuriyyəti dövründə yeni yaradılmış hökumətin fəal üzvlərindən biri olmuş, erməni qəsbkarlarına qarşı amansız mübarizə aparmış, Gədəbəy ərazisində Xınna dərəsi deyilən yerdə Andronikin dəstəsinin darmadağın etməsi (Andronik özünü ölülüyə vurub ölmüş əsgərlərin arasında gizlənmiş, təsadüf nəticəsində qaçıb gizlənə bilmişdir) Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsi və 1918-20-ci illərdə baş vermiş erməni-müsəlman savaşında Qərb zonasının soyqırımdan xilas edilməsində müstəsna rol oynamışdır. Hikmət bəyə gələcək işlərində uğurlar, bir daha uğurlar arzulayıram

Eldar 2018-09-18 09:27:02

Adi elementar təbriki nəyə görə çapa vermirsiniz? Oxucular da bilsin ki, yeni xarici siyasətlə məşğul olacaq kadr kimdir. Sadəcə olaraq onun hansı nəslə mənsub olduğunu açıqlamışam. Belə insan xəyanət etmədən canı, qanı ilə Dövlətimizi müdafiə edəcək

- 2018-09-18 09:27:02

Cox düzgün təyinatdır.

Eldar 2018-09-18 09:27:02

Çox uğurlu seçimdir. Hikmət bəy əvvəlki vəzifəsində də özünü əsl zadəgan, bəy nəslinin nümayəndəsi kimi aparırdı. Onun babası Mustafa ağa Şəkibəyov çar Rusiyası dövründə polis rəisi, Azərbaycanda Xalq Cümhuriyyəti dövründə isə yeni yaradılmış hökumətin fəal üzvlərindən biri olmuş, erməni qəsbkarlarına qarşı amansız mübarizə aparmış, Gədəbəy ərazisində Xınna dərəsi deyilən yerdə Andronikin dəstəsinin darmadağın etməsi (Andronik özünü ölülüyə vurub ölmüş əsgərlərin arasında gizlənmiş, təsadüf nəticəsində qaçıb gizlənə bilmişdir) Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsi və 1918-20-ci illərdə baş vermiş erməni-müsəlman savaşında Qərb zonasının soyqırımdan xilas edilməsində müstəsna rol oynamışdır. Hikmət bəyə gələcək işlərində uğurlar, bir daha uğurlar arzulayıram

Son yazılar