Azərbaycan nefti yenidən bahalaşıb
Baxiş sayı:
Dərc olunub:
18/09/2018 - 09:37
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,25 dollar və yaxud 0,31% artıb.
"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 79,91 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.