Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 983 min dollar köçürülüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

Bildirilib ki, aylıq müqayisədə Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin həcmində 14,3% artım qeydə alınıb.

Avqust ayında Gürcüstandan Azərbaycana 1 mln. 080,3 min dollar pul köçürülüb.

Bu ilin yanvar-avqust aylarında isə Azərbaycandan Gürcüstana 12 mln. 844,5 min. dollar, Gürcüstandan Azərbaycana isə 7 mln. 887,5 min dollar həcmində pul köçürmələri həyata keçirilib.

İlk səkkiz ay ərzində Gürcüstana xarici ölkələrdən ümumilikdə 1 mlrd. dollardan çox pul daxil olub. Təkcə avqust ayında isə pul köçürmələrinin həcmi 135 mln. 627,6 min dollar təşkil edib. Ötən ay Gürcüstana ən çox pul köçürmələri 41 mln. 502,8 min dollar olmaqla Rusiyadan daxil olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar