İranda Xəzər dənizinin adını dəyişdirirlər

“Xəzərin adı İranın daxili xəritələrində “Kaspian”la əvəz ediləcək”.

“Report” İSNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xəritəçəkmə qurumunun sədri Məsud Şafi bildirib.

O deyib ki, hazırda beynəlxalq aləmdə bu dəniz “Kaspian” adlanır: “Biz onun daxili xəritələrdə də belə adlanmasını uyğun görürük.

Ötən il Körfəzlə bağlı yeni xəritə təqdim edilib. Yarım əsrdən sonra İran xəritələrində adları ingiliscə yazmağa nail olduq. Təbii olaraq, bu əhəmiyyətli hadisədə “Fars körfəzi” ifadəsi yayıldı. İndi dünyada bu addan istifadə edilir. Xəritələrimiz iki yerdə təsdiqlənib. Beynəlxalq Hidroqrafik Təşkilatda 5 mərhələdə təsdiqini səbrsizliklə gözləyirik. Bundan sonra isə çox əhəmiyyətli bir plan təqdim edəcəyik”.

635x100

Şərhlər

t.ədalət 2018-09-18 11:11:37

İranın dərdi Azərbaycan dilində olan Xəzər sözünü aradan qaldırmaqdır.Dənizin adı sahili boyunca yaşayan qədim xəzərlilərin adından götürülüb.Elə iranlıları narahat edən də budur.Düşmənlərimiz regionu rus-fars sözləri ilə adlandırıb qədim Turandan təcrid etməyə çalışsalar da heç nəyə nail ola bilməyəcəklər.Yadınızdadırsa Heydər Əliyevlə görüş zamanı İranın dövlət başçısı hətta dənizi "mazandaran dənizi" kimi təqdim etməyə çalışmışdı.Ancaq H.Əliyevin iradına tuş gəlmişdi.

Son yazılar