Fikrət Qocanın oğlunu öldürən şəxsin cəzası ağırlaşdırılmadı

Ali Məhkəmə Fikrət Qocanın oğlunu öldürən şəxslə bağlı kassasiya protestini təmin etməyib

Ali Məhkəmədə Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi öldürməkdə təqsirləndirilən Elnur Nəhmətovun barəsində olan hökmdən və dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim İnqilab Nəsirovun sədrliyi ilə prosesdə qərar elan edilib.

Qərara əsasən, prokurorluğun protesti təmin edilməyib.

Qeyd edək ki, ötən il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Yalçın Qocayev hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yalçın Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində Elnur Nəhmədov tərəfindən döyülərək öldürüldüyü müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Nəhmətov 5 il, Pərviz Hüseynov 2 il, Ruslan Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, E.Nəhmətovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi məcəllənin 124-cü maddəsinə (ehtiyatsızlıqdan adam öldürmə) tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalan prokuror apellyasiya protesti verib. Prokuror təqsirləndirilən E.Nəhmətovun cəzasının ağırlaşdırılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar