Ali Məhkəmə jurnalisti həbsdə saxlayıb

Çərşənbə axşamı Ali Məhkəmədə Fərhad Kərimovun sədrliyi ilə jurnalist Əfqan Muxtarlının kassasiya şikayətinə baxılıb.

Jurnalist Şəki Apellyasiya Məhkəməsinin qərarından şikayət verib, amma Muxtarlı özü prosesdə iştirak etməyib.

Vəkil Elçin Sadıqov şikayəti dəstəkləyib, məhkəmədən onu təmin etməyi və jurnalistə bəraət verməyi xahiş edib. Amma prokuror Rövşən Tağızadə məhkəmənin qərarını qüvvədə saxlamağı xahiş edib.

Qısa müşavirədən sonra məhkəmə kollegiyası jurnalist barəsində hökmün qüvvədə saxlanması barədə qərarı elan edib.

635x100

Şərhlər

ibiş 2018-09-18 14:28:44

görən alı mərkəmədə bu orqanın adının ərəbcədən çevirmədə nə olduğunu bilirlər?

ayzek 2018-09-18 14:28:44

BU JURNALİST KİMDƏNSƏ RÜŞVƏT ALIB Kİ HƏBSDƏDİR?

Son yazılar