“BU, FOTOMONTAJ DEYİL, O NAZİRLƏR...” - Sinaqoqun dini rəhbərindən açıqlama

Sosial şəbəkələrdə Azərbaycanın daxili işlər naziri Ramil Usubovla müdafiə naziri Zakir Həsənovun görüntüləndiyi, eyni zamanda İsrailin müdafiə naziri Aviqdor Libermanın da əks olunduğu bir fotoşəkil paylaşılıb. Şəkilin ciddi müzakirələrə səbəb olması Ramil Usubovla Zakir Həsənovun hansısa tədbirdə yəhudi papağı qoyması ilə bağlıdır.

Müzakirələrə qoşulanların bir qismi isə bu şəklin fotoşopla düzəldildiyini iddia edərək, onu paylaşanlara istehsa ilə yanaşıb. Bəs əslində gerçək nədir?

Modern.az saytının əməkdaşı dünəndən müzakirələrə səbəb olan şəkillə bağlı kiçik bir dəqiqləşdirmə aparıb.

Qubanın yəhudilər yaşayan Qırmızı qəsəbəsindəki sinaqoqun dini icma rəhbəri Yuri Naftaliyev Modern.az-a açıqlamasında yayılan fotoşəklin gerçək olduğunu vurğulayıb:“Şəkil fotomontaj deyil. İki gün bundan qabaq daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov, Rusiyada yaşayan Azərbaycan doğumlu yəhudi iş adamı Qod Nisanov, İsrailin müdafiə naziri Aviqdor Liberman ilə birgə Qubaya – Qırmızı qəsəbəyə gəlmişdilər. Qonaqların hamısı həm Qubadakı sinaqoqda, həm də 6 gümbəzdə oldular. Özəl bayramımız olmayıb. Sadəcə, İsraildən gələn qonaqlar Qubadakı Qırmızı qəsəbəyə gəlmək istəyib. Ola bilsin ki, bu səfər cənab prezident tərəfindən təşkil edilib. Bu zaman təbii ki, Azərbaycanın nazirləri də israilli qonaqları müşayiət ediblər. İsrailli qonaq – müdafiə naziri Aviqdor Liberman bizimlə də görüşdü. O, öz gözü ilə bizim necə yaşadığımızı görmək istəyib. Çox məmnun qaldı”.

Dağ yəhudiləri dini icmasının sədri azərbaycanlı nazirlərin başına qoyulan papaqdan da söz açıb: “Yəhudilər başına kiçik kipa qoyurlar. Yəhudilərdə belə ənənə var ki, sinaqoqa daxil olan hər kəs o kipanı başına qoymalıdır. Burada qeyri-adi nəsə yoxdur”.

635x100

Şərhlər

azər 2018-09-18 16:41:31

libermanın özünün və arxadakı bir neçə nəfərin başında kipa yoxdur, odurki icma sədrinin şərhi gerçəkdən uzaqdır..

o.b.n 2018-09-18 16:41:31

Azərbaycan tolerant ölkədir,inaclar azaddır,fəlsəfi-etik hərəkatlər mövcuddur.Son zamanlar fəlsəfi-etik cərayan olan AZAD BƏNNA cərayanı fəallaşıb.Bəzən buna Masson da deyirlər.Bu lojaya savadlı,və zəngin insanlar qoşulur.Əsası XVII əsrdə qoyulmuş bu hərəkatin ABŞ-da 2 mliyon üzvü var.RF-da da çoxalıb. Qaldı yəhudi ibadət oçağına ordada bizdəki kimi tək Allahlıqdı bizdəki kimi papaqlı-papaqsız ibadət edirlər.

ayzek 2018-09-18 16:41:31

LİBERMANIN BAŞI YEKƏ OLDUĞUNDAN KİPASI GÖRÜNMÜR.BİR DI Kİ YƏHUDİLƏR BİC OLDUĞUNDAN HEÇ VAXT YALAN DANIŞMIRLAR.

t.ədalət 2018-09-18 16:41:31

Burda "qənbərqulu" axtarmağa ehtiyac yoxdur.Elə yerlər var ki,orda mövcud qaydalara tabe olmaqdan başqa yol olmur.Dağ yəhudiləri,görünür, Azərbaycan nazirlərinə ehtiram göstərmək üçün belə ediblər.Kipa ilə nəyisə dəyişmək çətindir.

Yawar 2018-09-18 16:41:31

Burda qeribe ne var beyem?Bawqa xalqlarin baw ortukleri artiq ozumuzunkilewib,Qonaq xetrine onu qoymaq ne facieli meseledi ki...

Azere 2018-09-18 16:41:31

Bes senin fikrince o bashqa ne deye bilerdi ki? Shekilde duz gormusen,adam harada yashadigini bilir.

Son yazılar