“Buta Airways” daha bir “Embraer E-190” təyyarəsi alıb

Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısı “Buta Airways”-ə məxsusyeni “Embraer E-190” təyyarəsinin qarşılanma mərasimi olub. Sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib."Report" xəbər verir ki, bu barədə məlumatı aviaşirkət  yayıb.

Yeni təyyarə loukosterin donanmasında sayca yeddincidir və aviaşirkətin uçuş cədvəlində daha çox tələbat olan istiqamətlərə əlavə reyslər yerinə yetirməyə imkan verəcək. “Buta Airways”in yeni təyyarəsi Naxçıvanın bu yaxınlarda erməni işğalından azad olunan Günnüt kəndinin şərəfinə adlandırılıb.

Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanıb. Qarşılama mərasiminin xüsusi qonağı işğaldan azad olunan Günnüt kəndinin sakini olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar