“Rusiya-İsrail münasibətlərində ciddi böhran yaşanmayacaq…”

Dərc olunub: 18/09/2018 - 16:57

6“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, nüfuzlu “Geopol Consulting” şirkətinin Yaxın Şərq üzrə tanınmış eksperti Aleksandr del Val Suriyada Rusiya təyyarəsinin vurulması nəticəsində yaranan vəziyyəti şərh edib.

A.del Val gözlənilənlərin əksinə olaraq, 15 rus hərbçisinin öldüyü insidentin Rusiya-İsrail münasibətlərində dərin böhrana səbəb olmayacağını bildirib: “Mən bu insidentin ciddi böhran kimi nəzərdən keçirilməsini düzgün saymıram. Ancaq digər tərəfdən bu hadisə qarşı tərəfin (Rusiyanın-red.) hansı həddə qədər gedə biləcəyini test etmək üçün imkan yaradır”.

Avropalı ekspert deyib ki, Rusiya ilə İsrail arasında Suriya məsələsi üzrə çox yaxşı anlaşma var. Və tərəflərin heç biri bu insidentin həmin razılaşmaya təhlükə yaratmasını istəmir: “Vəziyyət tənzimlənəcək, Suriya səmasında müxtəlif ölkələrin çoxlu sayda təyyarələri dolaşarkən, heç kim səhvlərdən sığortalanmayıb. Onu da nəzərə alın ki, Rusiya ilə İsrail arasında bu ilin may, iyun və iyul aylarında Suriya ilə bağlı ən yüksək səviyyədə razılaşmalar əldə edilib”.

Xatırladaq ki, Rusiya öz hərbi təyyarəsinin Suriya tərəfindən vurulmasının əsas səbəbkarı kimi 4 İsrail təyyarəsini göstərir. Belə ki, rəsmi Moskvanın iddiasına görə, F-16-lar Latakiya şəhərinə hücum zamanı bilərəkdən elə vəziyyət yaradıblar ki, Rusiyaya aid İL-20 təyyarəsi Suriya tərəfinin hava hücumundan müdafiə qüvvələrinin onlara yönəlik atəşinin altında qalsın.








loading...


Fikrinizi bildirin