ƏZİZOV DAHA BİR KADRINI YANINA GƏTİRDİ - Şöbə müdirini işdən çıxardı

Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Əli Əsgər оğlu Əsgərоv vəzifədən azad edilib“Report” xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyəti başçısının müavini Eldar Əzizov müvafiq əmr imzalayıb.

Həmin vəzifəyə Coşqun Adil оğlu Cəbrayılov təyin olunub.

C.Cəbrayılov bundan əvvəl Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir.

635x100

Şərhlər

ayzek 2018-09-18 17:07:37

ELDAR MÜƏLLİM NƏ QƏDƏR CİDDİ VƏ ZƏHMLİ GÖRÜNSƏ DƏ BİR O QƏDƏR SADƏ VƏ TƏVAZÖKAR İNSANDIR.ONA FƏALİYYƏTİNDƏ YALNIZ UĞURLAR VƏ BAKI SAKİNLƏRİNİN ALQIŞLARINI ARZULAYIRIQ.

Son yazılar