"Neftin barelinin 80 dollar olması Səudiyyə Ərəbistanı üçün məqbuldur" - "Bloomberg"

Səudiyyə Ərəbistanı İrana qarşı ABŞ sanksiyaları nəticəsində "Brent" markalı neftin barelinin qiymətinin 80 dollardan yüksək olmasını məqbul sayır."Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən yazıb.

"Ən azı qısamüddətli perspektivdə Səudiyyə Ərəbistanı bu qiyməti normal hesab edəcək. Çünki dünya bazarı ABŞ sanksiyaları ilə əlaqədar İrandan olan təchizatın azalmasına adaptasiya olmağa çalışır", - agentlik bildirib.

Agentliyin məlumatına görə, son həftələrdə Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih və digər rəsmi şəxslər investorlar, treyderlər və London, Hyuston və Vaşinqtondakı bazarların digər iştirakçıları ilə neft bazarını müzakirə ediblər. Danışıqlar zamanı Səudiyyə Ərəbistanı İrana qarşı ABŞ sanksiyaları və yaranmış vəziyyətin inkişaf etməkdə olan bazarlarda neftə tələbatın artmasına təsiri barədə narahatlığını ifadə edib.

Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanı danışıqlarda neftin qiymətinin hədəf səviyyəsini qeyd etməkdən yayınsa da, qeyd edib ki, krallıq neftin barelinin 80 dollardan yüksək olmasına töhfə vermək istəməsə də, görünür, daha buna mane ol bilməyəcək.

Xatırladaq ki, bu il mayın 8-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı sazişdən çıxdığını elan edib və İrana qarşı bütün sanksiyaların bərpa edildiyini açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar