KƏMALƏDDİN HEYDƏROV PARADDA NİYƏ İŞTİRAK ETMƏYİB? - “Cənab nazir hazırda işdədir...”

Bəzi KİV-lərdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun səhhətində ciddi problemlərin yarandığı barədə məlumat yayılıb. Sosial şəbəkələrdə isə bu haqda müzakirələr açılıb.

Həmin məlumatlarda göstərilir ki, Kəmaləddin Heydərov məhz səhhətilə bağlı problemlərə görə 15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda iştirak etməyib.

Nazirə yaxınlığı ilə tanınan idmançı, Fövqəladə Hallar Nazirliyinin İdman- sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev Modern.az saytına açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Yayılan xəbərlər yalandır. Cənab nazir hazırda işdədir, yəni öz yerindədir. Əgər parada getməyibsə, bu o demək deyil ki, səhhətində nə isə problemlər var. Tutaq ki, mən işlə bağlı harasa göndərilmişəm və həmin parada gedə bilməmişəm. Yəni yayılan xəbərlər sadəcə olaraq şayiədir”.

635x100

Şərhlər

Sebuhi 2018-09-18 17:18:31

Bu adam Allah qarşısında günahlarına görə bu dünyada cavab verir, ona başqa parad təşkil edib İlahi, o biri dünyada da paradı olacaq inşallah!

Xanlar 2018-09-18 17:18:31

Onun paratda nə işi var. Paradda iştirak etmək onun nə ixtisasına və nə də ki boy-buxununa uyğun deyil. O, özünü bu saat dünya səviyyəli bəstəkarlar sırasında görür. Amma başa düşmür ki, pul hər şeyi əldə edib ram etmək demək deyil.

S 2018-09-18 17:18:31

Mohtesem 100 ile getmeden basqa isle mesxul olmaq sadece inandirici deyil axi...

veten dashi 2018-09-18 17:18:31

Azərbaycan xalqına zülm edənlər ,hətta uşaq yeməyinə və pompersinə belə monopoliya yaradanların ovladına qıymam, özlərini tanrı xalqın gözü qarşısında rəzil edər inshallah.Alma məzlumun haqqını cixar ahəstə-ahəstə.Ey sərvət ücün ləyaqət və şərəfini satanlar allahın ədalət qılıncının başınıza enəcəyi günə hazır olun...

azər 2018-09-18 17:18:31

məmurlar içərisində 20-30 ildə şəxsiyyət-kimliyni, ləyaqətini, insanlığını mümkün qədər qoruyub saxlaya bilmiş nadir şəxslərdən biri..

ayzek 2018-09-18 17:18:31

ZLIYE YAZIKİ QOVORYAT,ŞTO KOMPOZİTOR POD KOLPAKOM U MÜLLERA!

Həbibə 2018-09-18 17:18:31

Bacısının yoldaşının işdən çıxarılması da təsadüfi deyil. Deyəsən onu da işdən çıxaracaqlar. Fikrimcə, xəbər yayıblar ki çıxarılanda da desinlər səhhəti ilə bağlıdı. APA Holdinq məsələsi.

G.M 2018-09-18 17:18:31

Sadəcə Paradda iştirakı lazım bilinməyib.Və bu elə bir faciə də deyil.Faciə odur ki,Azərbaycan Bakının 100 illiyini Qarabağsız qeyd elədi. Şuşasız, Ağdamsız, Laçınsız.....Xankəndisiz Bakının 100 ili Kamal üçün maraqlı olmayıb..heç mən də maraqlanmıram.Bütöv Azərbaycansız heç bir Bayram maraqlı deyil.

Son yazılar