Qanunsuz dini ayin icra edənlər məhkəməyə verildi

Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və digər qurumların əməkdaşlarının birgə iştirakı ilə dini yığıncaqların qanunla müəyyən edilmiş qaydalarının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Ağsu şəhər sakini Məmmədov Vüqar Cəlal oğluna məxsus Ağsu şəhəri Səməd Vurğun küçəsi 14 A ünvanındakı mənzilə baxış keçirilib.

Bu barədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilib.

Məlumata görə, baxış əsnasında qanunazidd qaydada dini ayinlərin icrası, eləcə də "Dini etiqad azadlığı haqqında” Qanunun müvafiq maddələrinin pozulduğu aşkar edilib.

Bununla bağlı qeyd edilən ünvanda qeyri-qanuni olaraq dini ayin icra edən Məmmədov Vüqar Cəlal oğlu, Məcidov Rauf Çingiz oğlu və Ağsu rayonu Bozavand kənd sakini Zeynalov Qənbər Malik oğlu barəsində DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.

635x100

Şərhlər

ayzek 2018-09-18 17:44:28

DİNİ AYİNLƏR QURANİ-KƏRİMİN AYƏLƏRİNƏ ƏSASƏN İCRA OLUNUR.BUNA NƏ MÜBARİZİN "Dini etiqad azadlığı haqqında " QANUNU,NƏ DƏ ALLAHŞÜKÜRÜN FİTVALARI MÜDAXİLƏ EDƏ BİLMƏZ.BELƏ MÜDAXİLƏ ARTİQ VİCDAN AZADLIĞININ MƏHDUDLAŞDIRILMASI VƏ İNSAN HÜQUQLARININ POZULMASI DEMƏKDİR.DANIŞANDA O BAŞLARINIZI BİR AZ QAŞIYIN SONRA DANIŞIN!

Son yazılar