Qanunsuz olaraq balıq və balıq məhsulları satan şəxslərə xəbərdarlıq

Son zamanlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Bakı ətrafı qəsəbələrdə və ölkənin müxtəlif regionlarında heç bir normativ texniki sənədlərə və sanitar-gigiyena tələblərinə cavab verməyən, həyətyanı sahələrdə kustar üsulla balıq məhsullarının hazırlanması, xüsusi ilə balıqların hisə verilməsi kimi qanunsuz fəaliyyət göstərən istehsalat sahələri ilə bağlı məlumatlar daxil olur.

Bu barədə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, AQTA bu cür qanunsuz fəaliyyətlərlə məşğul olan şəxslərə xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunub ki, bu şəraitdə hazırlanan məhsullar insan sağlamlığına ciddi fəsadlar törədə, hətta əhali arasında ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər.

Agentlik bəyan edib ki, bu cür qanunazidd fəaliyyətlərin qarşısının alınması üçün qanunvericiliyin tələbləri çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcək.

Eyni zamanda istehlakçılara balıq və balıq məhsulları seçərkən daha diqqətli olmaları, məhsulun keyfiyyət göstəricilərini əks etdirən sənədlə müşayət olunması və normativ qaydalara uyğun şəraitdə saxlanılması və satışına əmin olduqdan sonra istifadə etmələri tövsiyə edilir.

Qeyd edək ki, agentlik tərəfindən qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

635x100

Şərhlər

teymur 2018-09-18 17:47:49

SEN GED KOLBASALARİ YOXLA GÖR HANSİ ƏTDƏN HAZİRLAYİRLAR

Son yazılar