“BİZİM TƏYYARƏNİ İSRAİL VURMAYIB...” - Putin İsraillə konfliktə getmək istəmədi

"AzPolitika" Rusiya mətbuatına istinadla xəbər verir ki, Vladimir Putin Suriyada göyərtəsində 15 hərbçinin olduğu hərbi təyyarənin vurulması ilə bağlı açıqlama verib.

Macarıstanın baş nazirilə görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Putin deyib ki, bu insidenti Türkiyə tərəfindən Rusiyaya aid SU-24 təyyarəsinin vurulması ilə eyniləşdirmək olmaz: "O zaman Türkiyə qırıcısı bizim təyyarəni bilərəkdən vurmuşdu. İndiki halda baş verənlər isə daha çox faciəli təsadüflər zəncirinə bənzəyir. Çünki bizim təyyarəni İsrail təyyarəsi vurmayıb."

V.Putin deyib ki, Rusiya bundan sonra Suriyadakı hərbi qüvvələrinin təhlükəsizliyini artıracaq və xüsusi olaraq vurğulayıb ki, bunu hər kəs hiss edəcək.

Xatırladaq ki, bundan öncə Rusiya Müdafiə Nazirliyi sözügedən təyyarənin vurulmasında əsas səbəbkar kimi Latakiyaya hücum edən 4 İsrail təyyarəsini göstərib. İddiaya görə, F-16-lar Latakiya şəhərinə hücum zamanı bilərəkdən elə vəziyyət yaradıblar ki, Rusiyaya aid İL-20 təyyarəsi Suriya tərəfinin hava hücumundan müdafiə qüvvələrinin onlara yönəltdiyi atəşin altında qalsın.

635x100

Şərhlər

EJDER 2018-09-18 18:00:47

AY,O...SENDE ATDIN ZADNIYE,BAKIYA SAQ SALAMAT GELIB CATMAZSAN,YELSIN YOLUBU GOZLEYIR...POKRAWANNIY....OZUMUZE GALAR

azər 2018-09-18 18:00:47

rusrail

azər 2018-09-18 18:00:47

ana qohumlarını incitmək olmaz əsas onlardır...bu hadisə əsl milli kimliyi göstərən ən böyük tarixi sübutlardan biri oldu..

G.M 2018-09-18 18:00:47

Rusiyanın təyyarəsini İsrail vurmaz.İsrailin erməni lobbisinə simpatiyası yoxdur.Ona görə də,buna ehtiyac da yoxdur.Ancaq Türkiyə-Rus -fars``dotluğına`` rəğmən belə gözlənilən hallar həmişə olacaq.Və bu kimi hadisələr İran üçün daha maraqlı olardı.ermənipərəst qüvvələr rus-türk blokunu nəzarətsiz buraxmazlar.ABŞ-ı üzdə İranla düşmən elan edən ermənistanyönümlü konqresmenlər müsəlman Türkiyəsini sıxmaqda davam edəcəklər.

Son yazılar