“Təyyarəmizin vurulmasını cavabsız qoymayacağıq” - Rusiyanın müdafiə naziri
Baxiş sayı:
Dərc olunub:
18/09/2018 - 18:28
“Mən İsrailin müdafiə naziri Aviqdor Libermanı məlumatlandıraraq bildirdim ki, bunu cavabsız qoymayacağıq və uyğun addım atacağıq”. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu rəhbərlik etdiyi qurumun kollegiya iclasında deyib.
Lakin o, cavab tədbirinin nədən ibarət olacağını açıqlamayıb.
Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub. Hadisə Latakiya əyalətindəki hərbi obyektlərə İsrail aviasiyasının hücümunu dəf edərkən baş verib.
Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.
Ölkə
Son yazılar
20:36
STRATEJİ UĞURUN PƏRDƏARXASI – Azərbaycan Rusiya hərbçilərini ölkədən çıxarmağa necə nail oldu?
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.