KEÇMİŞ HƏRBİ KOMİSSARDAN ŞOK SİYAHI - Nazirlərin övladları ön cəbhədə xidmət ediblərmiş...

Azərbaycanın sabiq Hərbi Komissarı, Milli Məclisin deputatı Əliağa Hüseynov Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun “Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim” açıqlamasına münasibət bildirib.

"AzPolitika.info"nun məlumatına görə, keçmiş Hərbi Komissar "ölkə.az"-a açıqlamasında iddia edib ki, nə onun dövründə, nə də indi yüksək vəzifəli dövlət məmurlarının övladlarının hərbi xidmətdən yayınması halları mövcud olmayıb. General-leytenant bu fikrini əsaslandırmaq üçün Azərbaycanın Hərbi Komissarı vəzifəsində işlədiyi dövrdə (1998-2009) övladları ön cəbhədə (!) hərbi xidmətdə olmuş yüksək vəzifəli şəxslərin adlarını da açıqlayıb. Ə.Hüseynovun bu siyahısına inansaq, belə çıxır ki, hakim komandanın əksər üzvlərinin övladları ÖN XƏTTƏ düşmənlə üz-üzə hərbi xidmət keçib.

Keçmiş Hərbi Komissar deyib: "Yaxşı yadıma gəlir, mən Hərbi Komissar işlədiyim illərdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədovun, Baş nazirin müavini Hacıbala Abutalıbovun, ədliyyə naziri Fikrət Məmmədovun, Baş prokuror Zakir Qaralovun, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun, keçmiş müdafiə naziri Səfər Əbiyevin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədovun, Baş qərargah rəisi Nəcməddin Sadıqovun, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlanları, fövqaladə hallar naziri Kəmaləddin Heydərovun iki oğulu, Milli Məclisin sədri Oqtay Əsədovun kürəkəni hərbi xidmətdə olublar. Özü də adlarını çəkdiyim şəxslərin övladları ön cəbhədə və döyüşlər aparan hərbi hissələrdə qulluq ediblər. Bütün bunlar faktdır və heç kəs dana bilməz. Kimlərsə deyir ki, dövlət məmurlarının övladları hərbi xidmətdən yayınır, deməli həmin adamların özləri əsgərlikdə olmayıb danışanlardır".

Ə.Hüseynov daha sonra bir qədər də irəli gedərək, iddia edib ki, onun fəaliyyəti dövründə məmur övladlarının hərbi xidmətdən yayınması halları qətiyyən mövcud olmayıb: "Mənim vaxtımda məmur övladlarının əsgərlikdən qaçması söhbəti ola bilməzdi. Çünki Ulu Öndər Heydər Əliyev məsələni elə qoymuşdu ki, məmur övladları hərbi xidmətə birinci aparılırdı. Mən elə bir məmur oğlu tanımıram ki, hərbi xidmətə getməkdən yayınsın. Ulu Öndər Heydər Əliyev özü şəxsən məsələyə nəzarət edirdi. Mən indi də eşitməmişəm ki, hər hansı məmur övladı hərbi xidmətdən yayınsın. Bu gün də bu ənənə davam edir".

Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətə yollanması məsələsinə də toxunan deputat qeyd edib ki, ölkə başçısının övladının hərbi xidmət etməsi hər kəs üçün nümunəvi addımdır: "Özü də Heydər Əliyev çox çətin hərbi hissədə xidmət edir. Yəni, onun xidmət etdiyi hərbi hissə qarşıya qoyulan vəzifə tapşırıqları çətinliyinə görə heç də ön cəbhədən fərqlənmir. Heydər Əliyev ixtisasca diplomatdır. Sovet İttifaqı dövründə də belə ixtisasa yiyələnən gəncləri məxfi hərbi hissələrə salırdılar. Çünki onun xidmət etdiyi yer Dövlət Təhlükəsizlik Xidmətinin "N" saylı hərbi hissəsidir".

P.S. Əliağa Hüseynovun bu iddiası - guya yuxarıda adlarını çəkdiyi yüksək vəzifəli məmurların övladlarının ÖN CƏBHƏDƏ qulluq etmələri nə dərəcədə inandırıcıdır? Fikrimizcə, yuxarıdakı siyahıda adı keçən şəxslərin və digər yüksək vəzifəli məmurların övladlarının nəinki ÖN CƏBHƏDƏ xidmət etdikləri, bir çoxunun hətta nə vaxtsa əyinlərinə hərbi forma geyindikləri şübhəlidir. Bu səbəbdən Ə.Hüseynovun bu açıqlaması ilə bağlı araşdırma aparılmasına ehtiyac var və biz belə bir araşdırma aparmağa çalışacağıq.

Rasim ƏLİYEV

635x100

Şərhlər

İldırım Türksoy 2018-09-18 21:08:40

İlahi, biz nə qədər saxta, yalançı məxliqlarıq...

ABDULQADIR 2018-09-18 21:08:40

BU ,,BÖYÜKLERIN,,OGLANLARININ ADLARININ ÖN CEBHEDE,,XIDMET,,ETMESI ÜCHÜN BU GENERALCIGA NE VE NE QEDER VERDIKLERINI ACHIQLASA ONU HEQIQI ,,GENERAL,, ADLANDIRMAQ OLAR.

Vətəndaş 2018-09-18 21:08:40

QEYRƏTLİ ŞƏRƏFLİ CAVANLARIMIZ VƏTƏNİ TORPAĞI DÜŞMƏNLƏ ÜZ ÜZƏ QORUYUR İGİDLİK GÖSTƏRİR VƏ ÇOXU DA ŞƏHİD OLUR, BİQEYRƏTLƏR ŞƏRƏFSİZLƏR İSƏ HƏRƏSİ BİR YOLLA YAYINIR MİLLƏTİ TALAMAQLA KEF ÇƏKMƏKLƏ MƏŞĞULDURLAR.

Əsgər 2018-09-18 21:08:40

Əliağa bəyin gözəl yaddaşı var.Neçə illərdən sonra yenə də yadındadı.Irəli AZƏRBAYCAN.

Veteran 2018-09-18 21:08:40

Sohbet bilirsiz neden gedir, sohbet ondan gedir ki, kes nazir de ola biler general da hele ustelik generalissumus da ancaq bu o demek deyil ki, o kes savadlidir, agillidir, mudrikdir ve s. Bundan soruwan olmamiwdi ki, bu gun ayin necesidir. Bunun dovrunde kimlerin ovladlari hansi formada "xidmet" kecib burda cox gozel erz olundu. Ona gore de gelin bu cur keskin werhlerimizle bu generali qorxutmayaq, imkan verek kabinet generali daha cox aciqlama versin ve MILLET belelerinin neye qadir oldugunu gorsun!

zabit 2018-09-18 21:08:40

SİZ ƏLİAGADAN NƏ GÖZLƏYİRDİZ?BURA ŞƏRH YAZANLAR.BƏLİ YALANİ EŞİDMƏK VƏ DİNLƏMƏK CƏTİN OLUR.

Redaktor 2018-09-18 21:08:40

Olkede her cur general gorduk. Satqin biznesmen dovlete qarsi qiyamci sui qesde suslanan adam oxurluxunda istirakci ve sair. Tek bir general gormedim qarabax uxrunda geden doyuslerde sehid olan. Men vertalyot hadisesini demirem.

Keçmiş SSRİ vətəndaşı 2018-09-18 21:08:40

Bu şərhləri oxuyub heç xəçalət çəkirsənmi ay general.

İlqar Rusiyalı 2018-09-18 21:08:40

Ay keçmiş Komissar, ay general adına .....bilməyən Əliyağa Hüseynov, yalan ..... Hansı YAP hakimiyyətinin yüksək nümayəndələrinin, nazirlərinin, məmurlarının..... övladları hərbi xidmətdə, özü də ön cəbhədə olublar. Bir kişidə, bir zabitdə ki.... ondan nə yalan istəsən eşitmək olar, əgər yalan deyirsizsə, bu sözlər Sizə aiddir ....Onu bilirəm ki, 100 % yalandır və bu sözləri özünüzə götürürsüz, ayıb və ar olsun. Bəli bu hakimiyyətin harın nümayəndələrinin adları hansısa hərbi xidmətdə gedir, bu gündə davam edir, ancaq bu qorxaq övladları ya Bakıda, ya da xaricdə kefdə-damaqdadırlar, heç hərbi hissənin yerini və hərbi geyimin nə olmasını belə bilmirlər. .....baş nazirin müavini Əli Həsənovun harınlamış törəməsi yol nəqliyyat hadisəsi törədib iki nəfəri öldürəndən sonra hərbi xidmətdə olmamasının üstü açılmışdır. Bir .... Ön cəbhədə kişilər və çayıllar - Allaha inanan, mərd, qorxmaz, vətənini, torpağını , xalqaını sevən, ona görə canından keçməyə hazır olan qeytəli kasıb balaları xidmət aparırlar, Allah onlara qorusun, bu xidmətdən yayınan ....

Ağsaqqal 2018-09-18 21:08:40

Oğlum 2012-ci ildə Lənkəranın Liman qəsəbəsində hərbi xidmətdə olanda,yanına görüşə getmişdim.7-8 ay idi xidmət edirdi.Görüş zamanı hərbi hissənin qarşısında 150 minlik inomarka dayandı. Cavan oğlan avtomobildən düşüb birbaşa ştaba getdi.Mülkü formada(qrajdanski)idi.Heç soruşan olmadı kimdi.Oğlumdan soruşdum bu özündən razı kimdirki,biz saatlarla görüş gözləyirik, bu isə birbaşa keçdi.Oğlum dedi Binə Ticarət mərkəzinin direktoru Kəbirə Məmmədovanın oğludur.Aylıq gəlir, haqqını verib gedir.Əliağa bəy suss !!

Cavidan 2018-09-18 21:08:40

Bu yashda,bu cinde olan insan niye yalan danishir? Insan yashina,bashina niye bu qeder hormetsizlik edib yalan danishir? Insanda bir sifet olar. Olkenin generali bele olanda,o birilerinden ne gozlemek olar ki? ona gore olke bu veziyyetdedir.Umid Ajjaha qalib.

Vətəndaş 2018-09-18 21:08:40

Belə yalanlarnan biz hara gedirik .....? Ölkənin generalı yalan danışırsa,deməli inkişafdan söhbət gedə bilməz...Artıq sözüm yoxdur ?

kiril 2018-09-18 21:08:40

Врет и не краснеет, ...

Serjant 2018-09-18 21:08:40

Yalan dediyiniz üçün sizi zvaniyanızı əlinizdən alar yefretor edərlər başqa məmləkətdə olsan. BurDA İSƏ ƏKSİNƏ YALANÇILARA

murad 2018-09-18 21:08:40

BU SÖZLƏRDƏN SONRA GULAĞA müəllim SƏN NÖVBƏTİ DEPUTATLIQ KRUQUNA LAYİQSƏN VƏ OLARSANDA İNŞALLAH YAZILAN ŞƏHRLƏRDƏN GÖRÜNÜRKİ XALQ SENİ YAMAN SEVİR

azer 2018-09-18 21:08:40

bunlar neca on cebhede olublar ki,indiye kimi hec birinin hec burnu da qanamayib,neinki kasib evine gelen shehidlerden demirem

Bəxşeyiş 2018-09-18 21:08:40

İnanan daşa dönsün. Zakir Qaralovun, Fikrət Məmmədovun oğlunun hərbidə qulluq etməsi, özü də ön cəbhədə qulluq etməsi heç cür inandırıcıya oxşamır.

EJDER 2018-09-18 21:08:40

BELE YALANCI ...GENERALI OLAN X...INKIWAF EDER,EJDER OL CANI

azad 2018-09-18 21:08:40

əgər bu genralmız belə böyük yalan danışırsa yerdə qalanların mənim sözüm yoxdur.

Ümid 2018-09-18 21:08:40

General yalançı olmaz. Sənə bir sual. Bəs bu qədə minlərlə kasıb uşağı şəhid olur vətən uğrunda düzdürmü? Bəs o dediklərindən niyə biri bu şərəfli ada nail ola bilməyiblər?

Sual 2018-09-18 21:08:40

Azeryol dovlet agentliyinin sedr muzvini Husnu Qukiyevi seherin butun Genclik meydanindaki cayxanaya gelenler yaxsi taniyar. Neden onun baresinde bir cox cinayet isleri arasdirilmalidir. Onun ne ozu ne de hazirda Almaniyada yasayan oxlu herbi xidmegde olmayib ya. Alaqa ti sto qavaris ya...

Abit 2018-09-18 21:08:40

Ay ağsaqqal ayıbdı yalan danışma,olan qalan hörmeti izzeti itirme,olanların adları orda gedib

sevda agakiwiyeva 2018-09-18 21:08:40

ag sacinan utan

Vətəndaş 2018-09-18 21:08:40

Bu general elə bilir ki,xalq heç hə bilmir.Bəli adları hərbi hissənin siyahısında olub.Özləri isə başqa yerdə kef ediblər.

Yengibar 2018-09-18 21:08:40

Bu kişi düz deyir, sonra da, həmin nazirlər, uşaqlarını cəbhə bölgəsinə göndərdiyi üçün bu kişini qoydular Salyana icra başçısı.Özünə də bir strateji xəritə verdilər(ermənilər bilməsin!).Bu strateji xəritə əsasında bu general bütün strateji mövqeləri tutdu (Paşinyan bilməsin)!Sonra həmin mühüm mövqeləri ....bu günlərdə açılışı olmuş Ələt-Astara yolunun tikintisi üçün qudası Ziya Məmmədovla birləşib Dövlətə 20 qat qiymətə satdılar!Bu "Transqeyt" əməliyyatından sonra istefaya getdi. Yaxşı kişidir.

Sus 2018-09-18 21:08:40

Bu general gozwnwn icine qeder yalan danishir.

Müəllim 2018-09-18 21:08:40

Siyahidə göstrilənlərin həmin hərbi hissələrdə adları olub.Özləri isə evlərində.İnanmayan onlardan əsgər yoldaşlarının adını.rayonunu soruşsun.Görək tanıyırlarmı.Sonra hərbi hissənin gündəlik tabelinə baxsın.Onlara verilən hərbi biletdə hərbi hissənin möhürü ola bilərBU hər şeyi demir.Əsgərlik yoldaşları illərlə unudulmur. Bu yazının səmimi və doğru olması şübhə doğurur.Belə halların çox hissəsi indi yuksək vəzifədə olanlardır.Digər hissəsi isə tapşırıq və rüşvətlə hərbi xidmətdən azad edilənlərdir.

G.M 2018-09-18 21:08:40

Az.Politika .az,bilirəm bu yazımı vermiyəssiniz..bu ... genralın başından böyük yalanın deyim bilin.təkcə birini deyirəm.Ə.Əhmədovun oğlu hərbi xidmətini..bu... generalın ofisinin qarşısında Səbayel Rayonunda keçirdib.yoxlatdıra bilərsiniz.Bu genral qədər .... az-az tapılar

azər 2018-09-18 21:08:40

qəti inandırıcı deyil..onların gerçək əskərlik çəkməsi əfsanədir, nağıldır..onlar yox onlara xidmət olunub..azı son 30 ildə böyük və orta məmurların və tayfa-tüləsinin bu milli savaşda heç burunları da qanamayıb nəinki şəhid-gəray olmaları..

hərbi pensiyaçı 2018-09-18 21:08:40

Hərbi komissar düz deyir! Hərbi biletləri özlərindən qabaq gəlirdi hərbi hissəyə, özləri isə Mərkəzi Ordu İdman klubuna ezam olunurdular xidmət qurtaranadək.

ayzek 2018-09-18 21:08:40

ƏLAĞA MÜƏLLİMİN HAFİZƏSİ ÇOX GÖZƏLDİR.GÖRƏN HANSI "SƏBƏB"DƏN BU MƏMURLARI YAXŞI XATIRLAYIR?O ƏSGƏRLƏRİN HƏRBİ XİDMƏTDƏKİ FOTOLARINI VƏ NEÇƏ NƏFƏR ERMƏNİ ÖLDÜRDÜYÜNÜ DƏ SİYAHIYA ƏLAVƏ ETSƏYDİ ÇOX ƏLA OLARDI.

Salam 2018-09-18 21:08:40

Yalançının

t.ədalət 2018-09-18 21:08:40

Mənim Əliağa müəllimə hörmətim var.Ancaq,heç bir məmurun oğlu ön cəbhədə xidmət etməyib.Onların adı ,ola bilsin ki,həmin hərbi hissələrin siyahısında olub.Elə hərbi hissələr olub ki,imkanlı adamların uşaqlarının adı orda olub,ancaq "komandirovka" yolu ilə arxaya gətirilib.Bu sənədlərə birbaşa Nacmuddin Sadıqov imza atıb.Kimin harda xidmət etdiyini təyin etməyə nə var.Məmur uşaqları çiyin yoldaşlarının adını çəkməklə biz onun cəbhədə olub-olmamasını asanca müəyyənləşdirə bilərik.

Son yazılar