"Biz Çinə sarsıdıcı cavab verəcəyik" - Tramp

"Çin fermerlərə, biznesmenlərə yönəlik məqsədyönlü fəaliyyətlər yolu ilə ölkədə keçirilən seçkilərə təsir göstərməyə çalışır".

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Twitter"dəki rəsmi səhifəsində bildirib.

“Çin bizim fermerlərin, ranço sahiblərinin, sanayedə çalışanlarımızın mənə sadiq olduqlarına görə fəaliyyətini əngəlləmək vasitəsilə bizdəki seçkilərə təsir edərək dəyişdirməyə hər vəchlə səy göstərdiyini açıq şəkildə vurğulayıb. Çin bu insanların nə qədər böyük vətənpərvər olduğunu və Çinin uzun illərdir Birləşmiş Ştatlardan ticarətdə yararlandığını yaxşı başa düşdüklərini dərk etmir. Mən buna son qoymağın yolunu bilirəm. Biz Çinə iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”, - o yazıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar