Beynəlxalq badminton turniri Bakıda keçiriləcək

2020-ci il Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan “International Challenge” kateqoriyalı beynəlxalq badminton turniri Bakıda keçiriləcək.

"Report" Azərbaycan Badminton Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, Beynəlxalq Badminton Federasiyasının 2019-cu il təqvim planına daxil edilən “Azerbaijan International 2019” Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, beynəlxal turnir 2019-cu il iyunun 6-dan 9-a kimi baş tutacaq. 5 kateqoriya üzrə qalib və mükafatçıların müəyyənləşəcəyi yarışın ümumi mükafat fondu 25 min ABŞ dollarıdır. Bu, Azərbaycanda keçiriləcək ilk böyük badminton turniridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar