BMT Baş katibi İdlib üzrə Putin-Ərdoğan razılaşmasını alqışlayıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş Rusiya və Türkiyə prezidentlərinin İdlib üzrə əldə etdikləri razılaşmanı alqışlayıb. Bu barədə beynəlxaq təşkilatın mətbuat qərargahının başçısı bəyan edib.

Bazar ertəsi Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Soçidəki görüş zamanı Suriyanın İdlib əyalətində hökumət qoşunları ilə silahlı müxalifət arasındakı təmas xətti boyunca oktyabrın 15-ə qədər silahsız zona yaradılması barədə razılığa gəliblər. İki ölkənin müdafiə nazirləri isə İdlib bölgəsində vəziyyətin sabitləşdirilməsi barədə memorandum imzalayıblar.

«Baş katib Ərdoğanla Putin arasında sentyabrın 17-də İdlib bölgəsində silahsız bufer zona yaradılması barədə əldə olunmuş razılaşmanı alqışlayır. Bu, bölgədə tammiqyaslı hərbi əməliyyatı aradan qaldıracaq və milyonlarla mülki şəxsə müvəqqəti də olsa rahatlıq gətirəcək» - bəyanatda belə deyilir.

Quterreş Suriyadakı bütün tərəfləri əldə olunmuş razılaşmanı həyata keçirməyə və bütün rayonlara humanitar yardımın təhlükəsiz və maneəsiz girişini ən qısa marşrutlar üzrə təmin etməyə çağırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar