«Kim Çen Inın qardaşının öldürülməsində «Rusiya izi» görünür» - Vaşinqton

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Vaşinqton Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın qardaşının öldürülməsində «Rusiya izi»ni görür.

«Rusiya, Şimali Koreya xüsusi xidmətlərinə Kim Çen Inın qardaşı Kim Çen Namın öldürülməsi məsələsində köməklik göstərə bilərdi» - bu versiyanı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Nikki Heyli Təhlükəsizlik Şurasıın iclasında irəli sürüb.

«Şimali Koreya Kim Çen Namın öldürülməsini icra edərkən, onu Rusiyanın köməyi ilə həyata keçirib - Rusiya tərəf Şimali Koreyaya bioloji maddə ötürüb» - deyə, Heyli bəyan edib.

Daimi nümayəndənin sözlərinə görə, Rusiya KXDR ilə bağlı məsələlərdə BMT-ni «aldadır» və sistematik olaraq sanksiyaları pozur. Oxşar mövqeni bundan əvvəl ABŞ dövlət katibi Mayk Pompeo da ortaya qoymuşdu. O, demişdi ki, Rusiya Şimali Koreyaya yönəlik BMT TŞ-nın sanksiya rejimini «aktiv şəkildə dağıtmağa» cəhd göstərir və onun qətnamələrini pozur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar