CAR da marixuananı leqallaşdırdı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Cənubi Afrika Respublikası (CAR) marixuananı leqallaşdırıb. Belə ki, ölkənin Konstitusiya məhkəməsi hədd-buluğa çatmış vətəndaşlarına marixuanadan istifadə etməyə icazə verib. Məhkəmənin qərarına görə, bunu yalnız «özəl ərazi»lərdə etmək olar («BBC News»).

Qərar yekdilliklə qəbul olunub. Məhkəmə vətəndaşlara «şəxsi ehtiyac» üçün marixuananı becərməyə də icazə verib.

Bu narkotik maddənin leqallaşdırılmasının tərəfdarları məhkəmənin qərarını alqışlayıblar.

Xatırladaq ki, CAR-dan əvvəl bir çox ölkələr marixuana ilə bağlı müvafiq qərarlar qəbul ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar