«İsrail hərbçiləri alçaq hərəkət ediblər» - Klinseviç

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, İl-20 təyyarəsi ilə bağlı insidentdən sonra, Rusiya özünün Suriyadakı hava hücumundan müdafiə (HHM) sisteminə əlavə elementlər qoşa bilər. Bu barədə çərşənbə axşamı Federasiya Şurası Müdafiə komitəsinin üzvü Frans Klinseviç bəyan edib.

Bundan əvvəl Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin bəyan edib ki, İl-20 təyyarəsinin məhv olmasından sonra Rusiya Suriyada öz hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görəcək.

«Rusiya Suriyadakı HHM sistemini modernləşdirmək və əlavə elementlər tətbiq etmək üçün tədbirlər görə bilər» - deyə, Klinseviç bildirib. Bununla yanaşı, senator düşünür ki, söhbət Suriyaya yeni silah növlərinin göndərilməsindən getmir. Onun fikrincə, bu zaman «çətin ki, Suriyadakı hərbi kontingentin mümkün artırılmasından söhbət getmiş olsun».

«İsrail hərbçiləri alçaq hərəkət ediblər - onlar rusiyalı zabitlərin həyatı arxasında gizləniblər» - deyə, senator qeyd edib.

635x100

Şərhlər

Mubariz 2018-09-19 00:19:15

Zaten Israil herbçileri yox Israil siyasetčileri de 1947 ci ilden alčaq hereket edibler.Bu onlarin genlerindedir.Əlhemdullah indi nehayet ki beşeriyyet ağ ve qarani ayara bilir.Bu mujde bizlere verilib.Qurani Kerimde onlarin geydirme dovletlerinin suqutunun yaxinlasdiginin vaxti bellidir!!!

Son yazılar