Gürcüstanda azərbaycanlı narkotik alverçiləri saxlanılıblar

Dərc olunub: 19/09/2018 - 12:26

5682c215-e29a-4e19-aa4f-a375c72d40a7_292Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonu və Tbilisinin Poniçala qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, xüsusi əməliyyat zamanı narkotik vasitələrin qanunsuz saxlanılması və satışında şübhəli bilinən 4 azərbaycanlı saxlanılıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər sistematik olaraq narkotik vasitələrin satışı ilə məşğul olublar. Onların üzərində və evlərində axtarış zamanı 8 bağlama heroin və narkotik tərkibli müxtəlif həblər müsadirə edilib.

Saxlanılan şəxsləri 7 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


loading...




Fikrinizi bildirin