Azərbaycanlılar bu il Türkiyədə 583 ev alıb

Dərc olunub: 19/09/2018 - 12:46

dd664820-a252-4fbd-85d9-e82a2fd01303_292Bu ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 583 ev alıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 144 ev və yaxud 32,8% çoxdur.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsinin hesabatında bildirilir.

Azərbaycanlıların ev alışının 65-i yanvar, 63-ü fevral, 61-i mart, 68-i aprel, 75-i may, 82-si iyun, 73-ü iyul, 96-sı isə avqust ayında həyata keçirilib. Beləliklə, avqust ayında ev alışında 23 ədəd və yaxud 31,5% artım qeydə alınıb.

Bununla da, bu ilin ilk 8 ayı ərzində vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin sıralanmasında Azərbaycan X yeri tutub. Hesabata əsasən, I yerdə İraq (3 515 ev), II yerdə İran (1 659 ev), III yerdə Səudiyyə Ərəbistanı (1 573 ev), IV yerdə Rusiya (1180 ev), V yerdə Küveyt (1048 ev), VI yerdə Əfqanıstan (1045 ev), VII yerdə Almaniya (828 ev), VII Iyerdə İordaniya (608 ev), IX yerdə isə Böyük Britaniya (603 ev) vətəndaşları qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə ev alışı illik müqayisədə 332 ev və yaxud 54,4% artaraq 2017-ci ildə 942-yə çatıb. Bununla da, ötən il vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin siyahısında Azərbaycan VI yeri tutub. Azərbaycan 2016-cı ildə bu siyahıda İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan, İngiltərə, Almaniya və İrandan sonra IX yerdə olub.








loading...


Fikrinizi bildirin