Azərbaycanın “Azerspace-2” peyki uçuşa hazırlaşır

Sentyabrın 21-dən başlayaraq Azərbaycanın “Azerspace-2/Intelsat 38” telekommunikasiya peykinin buraxılması üzrə işlər start hazırlığı vəziyyətinə gətiriləcək.

Trend-in məlumatına görə, bu barədə “Arianespace” şirkəti bildirib.

VA243 uçuş missiyası “Ariane 5” raketi üçün sayca 100-cü, “Arianespace” buraxılış qurğuları üçün isə 300-cü olacaq.

“Azerspace-2/Intelsat 38” peykinin buraxılışı sentyabrın 25-dən 26-a keçən gecə Bakı vaxtı ilə 01:53 və 02:38 saatları arasında, Fransa Qvianasının Kuru aerodromundan baş tutacaq.

Azərbaycan peyki ilə yanaşı “Horizons 3e” peyki də orbitə buraxılacaq.

Qeyd edək ki, “Azerspace-2/Intelsat 38” 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar