“Xəzərin cənubuna dair məsələ yaxın gələcəkdə həll olunacaq” – Rusiya XİN

Dərc olunub: 19/09/2018 - 14:04

e72de1de-a737-42b7-b289-f0c3f480401b_292Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın müddəalarının icra olunmasına dair xüsusi işçi qrupunun beş Xəzəryanı ölkənin Xarici İşlər nazirliklərinin təşkilatçılığı ilə bu ilin noyabrda Bakıda keçiriləcək birinci iclasında dənizdə ilkin düz xətlərin bərpası üsullarına dair saziş müzakirə olunacaq.

“Report”un “İntefax”a istinadən verdiyi xəbərə görə, bu barədə VI Xəzər Media Forumunda Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə elçisi İqor Bratçikov bildirib.

Diplomat qeyd edib ki, Xəzərin cənub hissəsinə dair məsələlər Xəzər sahili və qonşu dövlətlər arasında iki və üçtərəfli formatda beynəlxalq hüquq prinsipləri əsasında müzakirə olunacaq: “Yaxın gələcəkdə Xəzərin cənubuna dair məsələnin həll olunacağını gözləyirəm”.

Rusiya diplomatı həmçinin Xəzər İqtisadi Forumunun gələn il Türkmənistan Prezidentinin təşəbbüsü ilə təşkil olunacağını və daha sonra mütəmadi tədbirə çevriləcəyini diqqətə çatdırıb.








loading...


Fikrinizi bildirin