“BELƏ SƏFEH ADƏTLƏR İSLAMDA YOXDUR” – Deputat qadağan olunmuş kitab haqda…

Dərc olunub: 19/09/2018 - 15:33

fazil-mustafa-101522749465“Elşad Mirinin “İslamda yoxdur!” kitabının məhkəmə qərarı ilə qadağan edilməsi Azərbaycan Respublikası Konstitusiyasına ziddir və dövlətin cəhalətin, xurafatın qarşısında geri çəkilməsi kimi anlaşıla bilər”.

“AzPolitika.info”nun məlumatına görə, bunları millət vəkili Fazil Mustafa ilahiyyatçı Elşad Mirinin sözügedən kitabının Azərbaycanda yayımının qadağan edilməsi haqda özünün “Facebook” statusunda yazıb. F.Mustafa daha sonra əlavə edib:

“Bəli, İslamda siğə yoxdur, İslamda seyidlik yoxdur, İslamda özünə fiziki əzab vermə mərasimləri yoxdur, indiyədək yaşatdığımız bir çox axmaq, səfeh adətlərin heç biri İslamda yoxdur. Bunu yazanda nə olacaq? Beş-on nəfər qaraguruhçu qalxıb deyəcək ki, “bəs indiyədək yaşamışıq, qoyun olduğu kimi dinimizi İslam adı ilə yaşayaq. Yoxsa dövlətdən inciyərik…” Bir azdan Cəlil Məmmədquluzadənin “Ölülər”i də, Seyyid Əzimin, Sabirin şeirləri də bu cür qərarlarla dərsliklərdən çıxarılacaq ki, bəs onlar da xalqımızın tarix boyu yaşadığı “din”i ələ salıblar. Əksinə, dövlətimiz maraqlı olmalıdır ki, İslam dininin cəhalət, xurafat, yobazlıq, qatillik formatları ortadan qalxsın, bu uydurulmuş İslam, modern dünyəvi dövlət modelimiz üçün təhlükəyə çevrilməsin. Bunun üçün isə dövlət sağlam dini maarifçiliyi ehtiva edən kitabları nəşr etməyi, televiziya proqramlarını hazırlamağı, məqalələrin yazılmasını stimullaşdırmalıdır. Bu qərar az-çox maarifçilik fəaliyyəti ilə məşğul olan yaradıcı insanlların da əl-qolunu bağlayacaq və ölkəmizdə cəhalətin, xurafatın, başqa ölkələrin dini ideologiyasının yayılmasına daha çox imkan yaradacaqdır”.


loading...




Fikrinizi bildirin