Koçaryandan Paşinyana mesaj – “Putin məni dəstəkləyir”

Dərc olunub: 19/09/2018 - 14:20

kocaryan1537349195Ermənistanın sabiq prezidenti Robert Koçaryan Rusiyanın “Kommersant” qəzetinə müsahibə verib.

Modern.az qəzetə istinadən xəbər verir ki, Koçaryan Vladimir Putinin Ermənistanda baş verən proseslərdə ona dəstək olduğunu açıqlayıb.

“Mən Putinlə şəxsi münasibətlərimi ictimailəşdirmək istəmirdim. Amma onun mənə ad günü təbriki ilə bağlı zəngi dəstək xarakteri daşıyırdı. Mən bunu reklam etmək istəmirdim.

Koçaryan baş nazir Nikol Paşinyan hökumətini isə populizmdə ittiham edib. Onun fikrincə, hökumət üzvlərinin heç biri hərbi xidmətdə olmadığı halda, Paşinyanın münaqişə ilə bağlı sərt çıxışları sülhə böyük təhlükə yaradır.








loading...


Fikrinizi bildirin