Ağdamlı xanım İsveçdə deputat seçildi - FOTO

Dərc olunub: 19/09/2018 - 17:34

1537347619_ireeeeDaha bir azərbaycanlı xanım İsveçdə millət vəkili seçilib.Diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürkün BakuPost-a verdiyi xəbərə görə, İsveç Sosial Demokratlar Partiyasının fəalı İradə Əliyeva Söderberq Jönköpinq region parlamentinə millət vəkili seçilib. O, Jönköpinq parlamentində 81 deputatdan biri olacaq.

Məlumat üçün bildirək ki, Jönköpinq 13 bələdiyyəni əhatə edir və 350000 əhalisi var.

İradə Əliyeva 2004-cü ildən İsveçdə yaşayır. 2007-ci ildən İsveçin ən böyük partiyası olan Sosial-Demokratlar Partiyasının fəal üzvüdür. 2010-cu ildə seçkilərdə Jönköpinqs landsting (əyalət) parlamentinə namizədliyimi irəli sürüb və həmin əyalət parlamentinə seçilib. Bundan başqa 2010-2014-cü illərdə Jönköpinq bələdiyyəsinin Təhsil və İş Bazarı Komissiyasının üzvü, Sosial- Demokrat Qadınlar Cəmiyyətinin idarə heyətinin üzvüdür.
İradə Əliyevanın 2012-ci ildən öz sosial, hüquqi və iqtisadi məsələlər üzrə məsləhətçi şirkəti var.

2013-cü ildə qadın cəmiyyəti yaradıb. Bu cəmiyyətdə müxtəlif millətlərdən olan qadınlar üzvdür. Cəmiyyətin məqsədi qadınların bir-birinə kömək etməsi, çətin vəziyyətlərdə dayaq olmasıdır.

Onu da bildirək ki, deputat əslən Ağdamın Mərzili kəndindəndir. İki övladı – 20 yaşında qızı, 13 yaşında oğlu var. Qızı da siyasətlə maraqlanır və bu ilki seçkilərdə fəal iştirakçılardan biri olub. Azərbaycan Neft və Kimya İnstitunun muhəndis- iqtisad fakültəsini bitirib. Bakıda yaşadığı müddətdə müxtəlif vəzifələrdə çalışıb.


loading...




Fikrinizi bildirin