Mənzil İnşaatı Dövlət Agentliyinə yeni sədr təyin edilib - Sadiq Sadıqov kimdir?

Dərc olunub: 19/09/2018 - 21:21

ilham-eliyev Prezident İlham Əliyev Sadiq Sadıqovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Sadiq İzzət oğlu Sadıqov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər MİDA İdarə Heyətinin sədri postu boş idi, S.Sadıqov isə sədr müavini vəzifəsini tuturdu.

Prezidentin vəzifə verdiyi şəks kimdir?

Xəbər verdiyimiz ki, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Sadiq İzzət oğlu Sadıqov Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib.  Modern.az-ın məlumatına görə, Sadiq Sadıqov 2015-2016-cı illərdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) sədrinin birinci müavini vəzifəsində çalışıb.

2018-ci ilin 13 martında isə prezident İlham Əliyevin sərəncamı ilə S. Sadıqov Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Nəhayət bugünkü təyinat S.Sadıqovu Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədri vəzifəsinə gətirib.

Qeyd edək ki, Sadiq Sadıqov məşhur həkim İzzət Sadıqovun oğludur.


loading...




Fikrinizi bildirin