ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb

Dərc olunub: 19/09/2018 - 22:16

8fd19ffe-97f8-4d03-8282-492f505fde91_292ABŞ-ın Şimali və Cənubi Karolina ştatlarında baş vermiş “Florens” qasırğası nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “USA Today” nəşri yazıb.
Bundan əvvəl təbii fəlakət nəticəsində ikisi körpə olmaqla 32 nəfərin həyatını itirdiyi məlum idi.
“Florens” qasırğası Atlantik okeanının ABŞ sahillərinə cümə günü çatıb və dərhal zəifləməyə başlayıb. Hazırda onun statusu fırtına dərəcəsinədək düşüb.








loading...


Fikrinizi bildirin