Cənubi Koreyanın prezidenti KXDR-da ağac əkib – «Sülh ağacı»

Dərc olunub: 20/09/2018 - 00:09

northsouthkorealeaders951754202«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Cənubi Koreyanın Prezidenti Mun Çje İn Pxenyana səfəri zamanı Koreya Xalq Demokratik Respublikası (KXDR) Əmək partiyası Mərkəzi komitəsinin (ƏP MK) sədr müavini Tsoy Ren Xe ilə birlikdə ağac əkib.

Bu jesti ilə prezident iki Koreya arasında münasibətlərin uğurlu inkişafını arzuladığını ifadə edib. Belə ki, on yaşlı «kassi» ağacı qızılı rəngdə çiçək açır və sərvət rəmzi sayılır.

Mərasim iştirakçıları ağacın köklərini torpaqla basdırıb, dibinə su töküblər. Onlar ağacın qarşısındakı «Koreya Respublikasının prezidenti Mun Çje İnin Pxenyana 18-21 sentyabr tarixli səfərindən yadigar» sözləri yazılmış daş lövhəciyi örtən ağ parçasını götürüblər.

Tsoy Ren Xe mərasimdən sonra qeyd edib ki, ağac tez boy atacaq və iki Koreyanın birləşməsinə öz töhfəsini verəcək.

Növbəti beynəlxalq koreyalararası sammitdə Mun Çje İn KXDR-nın lideri Kim Çen Inla bir sıra tarixi sazişlər imzalayıb.


loading...




Fikrinizi bildirin