ERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİ: 20 ölü, 26 yaralı var (YENİLƏNDİ)

Ermənistanın Müdafiə Nazirliyi bu saatlarda bəyanatla çıxış edib. Musavat.com Tert.am-a istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki cəbhə xəttində vəziyyət son dərəcə gərgindir.

Azərbaycan Silahlı Qüvvələri avqustun 1-dən 2-nə keçən gecə atəşkəsi pozaraq təkcə atıcı silahlardan deyil, eyni zamanda Ermənistanın döyüş mövqelərini atıcı silahlardan və artileriya qurğularından, qrantamyotlardan, minaatanlardan, zenit qurğularından, termobarik qranatlardan atəşə tutub. Nəticədə Ermənistan ordusu ciddi itki verib – 20 ölü, 26 yaralı.

Ermənistan Müdafiə Nazirliyi hədə-qorxu gəlib ki, Azərbaycan ordusuna kəskin cavab veriləcək.

***

Bu gün Ermənistanın tanınmış saytlarından olan tert.am saytı ölkəsinin Müdafiə Nazirliyinə istinadən cəbhədəki son vəziyyətlə bağlı xəbər verib.

APA-nın xəbərinə görə, tert.am-ın xəbərində Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda qondarma “Dağlıq Qarabağ” ordusunun 20 əsgərinin öldüyü, 26 nəfərin isə yaralandığı açıqlanıb. Həmin açıqlamada Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan tərəfini sərt addımlardan çəkinməklə bağlı çağırışı da yer alıb.

Daha sonra sayt məlumatı səhifədən yığışdırıb, bir az sonra isə onu yenidən yayımlayıb.

Bir müddət sonra tert.am yenidən xəbəri səhifəsindən yığışdırıb və sayta “haker hücumu olduğu üçün” xəbərə ölü və yaralı sayı ilə bağlı cümləninin “əlavə olunduğunu” bildirib.

Qeyd edək ki, bu gün APA xüsusi məlumatlar əsasında cəbhə xəttində təxribat cəhdləri həyata keçirən Ermənistan Ordusunun xüsusi təyinatlı dəstələri cəbhənin Tərtər-Ağdam istiqamətində ciddi itkilər verdiyi barədə məlumat yayıb.

Məlumatda qeyd olunurdu ki, Azərbaycan Ordusunun postlarından birinə basqın edən ermənilər əsgərlərimizin atəşi altına düşüblər. Nəticədə ermənilərin diversiya qrupunun hərbçiləri arasında xeyli sayda yaralanan və ölən olub. Düşmən bölmələri yaralıları və meyitlərini götürərək geri çəkilməyə nail olublar.

Ağdərə istiqamətində Azərbaycan hərbçilərinin keçirdiyi preventiv tədbir nəticəsində isə ermənilərin xüsusi təyinatlı qrupu məhv edilib. Ötən gecə baş vermiş həmin döyüşdə Azərbaycan tərəfi də itki verib.

Məlumatlara görə, Ermənistan Müdafiə Nazirliyindən iyulun 30-da Dağlıq Qarabağdakı ordu birləşmələrinə göndərilmiş raidoteleqramda ölən və yaralanan əsgərlərin Dağlıq Qarabağdakı hərbi hospitallarda saxlanılması, maksimum şəkildə itkilərin açıqlanmaması və itkilər barədə məlumatların verilməsində «ehtiyatlı olmaq», həlak olanlar barədə məlumatların fasilələrlə açıqlanması göstərişi verilib. Daha bir xüsusi göstəriş isə ölən və yaralanan hərbçilərin Dağlıq Qarabağda saxlanılması, hələlik Ermənistana göndərilməməsi barədədir.

Ermənistan Müdafiə Nazirliyinin bu qərarının son günlər cəbhə xəttindəki kəskinləşən vəziyyət fonunda ölkədə əhalinin təşvişə düşməsinin qarşısını almaq məqsədilə verildiyi bildirilir. Ermənistan rəhbərliyi Dağlıq Qarabağdakı real itkilərin sayının açıqlanmasının ölkədə sosial-siyasi vəziyyəti gərginləşdirəcəyindən ehtiyat edir.

Xatırladaq ki, Ermənistan tərəfi bundan əvvəl də Qarabağda verdiyi itkiləri maksimum gizlətməyə çalışıb. Lakin sonradan müxtəlif mənbələr tərəfindən açıqlanan rəqəmlər ermənilərin rəsmi orqanları tərəfindən də təsdiqlənib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar