Çinlilərin menyüsünə rus qurbağası! – Rusiya Çinə qurbağa ixrac edəcək

Dərc olunub: 20/09/2018 - 00:20

1476793360_62696«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Çinə «yeyinti məhsulu qismində» diri qurbağa ixrac edəcək. Bu barədə «Rosselxoznadzor»un materiallarında söhbət açılır.

Sentyabrın əvvəlində yeyinti məhsullarının təhlükəsizliyi və baytar nəzarəti sahəsində əməkdaşlıq üzrə Rusiya-Çin işçi qrupunun iclasında çinlilər ölkəyə diri qurbağa ixracı zamanı bu sertifikatdan istifadənin mümkünlüyünü təsdiqləyiblər. Çin Xalq Respubblikasının (ÇXR) tələbləri əsasında «yeyinti məhsulu kimi diri qurbağa» adlı baytarlıq sertifikatı layihəsi hazırlanıb.

Çində qurbağanı nəinki yeyirlər, həm də ondan «ənənəvi» təbabətdə istifadə edirlər.


loading...




Fikrinizi bildirin