Avrokomissiya yeni strategiya təklif edir - Asiya ilə əlaqələrin möhkəmlənməsi üzrə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa Komissiyası (AK) Asiya ilə daha sıx əlaqələrin qurulmasını təklif edir. Bu barədə komissiyanın yaydığı xəbərdə söhbət açılır.

Avropa komisiyası və Avropa İttifaqının (Aİ) diplomatiya başçısı Federika Mogerini bu gün «birgə bəyanat» yayıblar. Bəyanatda Avropa ilə Asiya arasında ələqələrin yaxşılaşdırılması istiqamətində Avroittifaqın nəzərdə tutduğu yeni və hərtərəfli strategiya ortaya qoyulur» - deyə, relizdə qeyd olunub.

Xəbərdən göründüyü kimi, Avroittifaqın konkret addımları nəqliyyat əlaqələrinə, energetika şəbəkələrinə, Asiya bölgəsi ilə dayanıqlı maliyyə sisteminin inkişaf istiqamətlərinə yönəldilə bilər.

Sözügedən təklif indi müzakirə üçün Avropa parlamentinə və Avropa İttifaqı ölkələrinin Şurasına təqdim olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar