Rusiya və Türkiyə viza rejimini sadələşdirir - Oktyabrda danışıqlar başlanacaq

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, ayrıca kateqoriyalı vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsi üzrə Rusiya-Türkiyə məsləhətləşmələri oktyabrda Moskvada keçiriləcək. Bu barədə Rusiya Federasiyası (RF) xarici işlər nazirinin müavini Yevgeni İvanov xəbər verib.

Rusiya və Türkiyə xarici işlər nazirləri arasındakı danışıqların nəticələrinə görə, qərara alınıb ki, ayrıca kateqoriyalı vətəndaşların, xüsusilə, xidməti pasport sahiblərinin və «uzun yolçu» sürücülərin viza rejiminin qarşılıqlı əsaslarla sadələşdirilməsi üçün razılaşma mexanizmi yaradılsın.

«Bizdə daim danışıqlar gedir, o cümlədən, viza mexanizmi üzrə danışıqlar. Bütün bunlar konsul məsləhətləşmələri çərçivəsində gedir. Yaxın vaxtlarda, əgər yaddaşım məni aldatmırsa, oktyabrda növbəti konsul məsləhətləşməsi keçiriləcək. Onun gedişi zamanı bu məsələlərə baxılacaq» - deyə, İvanov jurnalistlərə danışıb.

Onun sözlərinə görə, xidməti pasportla səfər baxımından «prosesdə müəyyən irəliləyişlər var».

«Odur ki, proses dayanmayıb - işlər gedir» - nazir müavini əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar