Gəncədə iki avtomobil toqquşub, sürücülər xəsarət alıb

Dərc olunub: 19/09/2018 - 23:36

080654fc-35f5-4b31-9720-fc86ee2b9e35_292Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.”Report”un Qərb bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev parkının yaxınlığında baş vermiş avtomobil qəzası zamanı hər iki sürücü xəsarət alıb.
Onlardan birinə ambulator yardım göstərilib. Digər sürücü, Gədəbəy rayon sakini, 68 yaşlı Səfdər Bağırov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


loading...




Fikrinizi bildirin