2017-ci ildə dünyada terror aktlarının sayı 23 faiz azalıb - Dövlət Departamenti

Ötən il dünyada müxtəlif terror hücumlarının sayı 23 faiz azalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin hazırladığı dünyada terrorçuluqla mübarizə problemlərinə dair növbəti illik hesabatda qeyd olunub. Araşdırma 2017-ci ili əhatə edir.

"2017-ci ildə dünyada terror hücumlarının ümumi sayı 23 faiz, terror aktları nəticəsində ölənlərin ümumi sayı isə 27 faiz azalıb (2016-cı il ilə müqayisədə)", - deyə sənəddə bildirilir.

Hesabat müəllifləri etiraf edirlər ki, bu müsbət tendensiya əsasən yalnız bir amil – İraqda terror aktı qurbanları sayının kəskin azalması sayəsində qeydə alınıb.

Sənəddə bildirilir ki, ötən il terror aktları ümumilikdə 100 dövlətin ərazisində törədilib və onların 93 faizi beş ölkənin – Əfqanıstan, Hindistan, İraq, Pakistan və Filippinin payına düşüb. Bundan əlavə, terror aktları nəticəsində bütün ölüm hallarının 70 faizi də beş ölkədə – Əfqanıstan, İraq, Nigeriya, Suriya və Somalidə qeydə alınıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar