Pambığın 1 tonunun alış qiyməti 50 manat artırılıb

 Kənd Təsərrüfatı Nazirliyinin (KTN) və İqtisadiyyat Nazirliyinin məsul işçilərinin iştirakı ilə pambıq istehsalı və emalı ilə məşğul olan şirkət rəhbərləri ilə görüş keçirilib.

KTN-dən verilən məlumata görə, görüşdə bu il görülən işlər, pambıq yığımının gedişi, tədarükü və emalı vəziyyəti, eləcə də qarşıya qoyulan hədəflərə nail olunması üçün həyata keçirilməsi vacib olan məsələlər müzakirə edilib.

Pambıq əkən fermerlərin məhsul istehsalına, yığımına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətlərinin hər ton üçün 50 manat artırılaraq 2018-ci ilin məhsulu üçün aşağıdakı kimi müəyyənləşdirilməsi barədə razılıq əldə edilib.

2018-ci il
1-ci növ 600-dən 650 manata
2-ci növ 580-dən 630 manata
3-cü növ 540-dan 590 manata
4-cü növ 500-dən 550 manata

Pambığın 1 tonunun alış qiymətinin 50 manat artırılması pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 mln. manatdan çox qazanc əldə etməsi gözlənilir.

635x100

Şərhlər

Oqtay 2018-09-20 10:38:24

12000 manat qazanmaq üçün 240 ton pambıq təhfil vermək lazımdır.Məqalənin başlığını da sadə yazın ki hər kiloqrama 5 qıpik artiq verilir 50 manat bir tonaır yoxsa

Son yazılar