Təhsil Nazirliyinin tenderlərini kimlər udur? – ŞİRKƏTLƏR, SİYAHI
Baxiş sayı:
Dərc olunub:
20/09/2018 - 11:06
Rəsmi məlumatlara görə, Təhsil Nazirliyi (TN) 2018-ci ilin əvvəlindən indiyədək dövlət satınalmaları çərçivəsində müxtəlif malların və xidmətlərin satın alınması üçün 22 müqavilə bağlayıb. Müqavilələrin ümumi məbləği 10 milyon 247,4 min manat təşkil edib.
Nazirliyin bağladığı müqavilələrin ümumi məbləği 10 mln 247,4 min manat təşkil edib. Belə ki, Nazirliyin ən yüksək məbləğda bağladığı müqavilə “Tais İkf” MMC ilə 9 mln manatlıq müqavilə olub.
Nazirliyin ən çox müqavilə bağladığı şirkət “Prof-Dez” MMC-dir. Bu şirkətlə bağlanan müqavilənin ümumi məbləği 415,3 min manat olub. /fed.az
Satınalan təşkilatın adı | Malgöndərən təşkilatın adı(podratçı) | Müqavilənin predmeti | Məbləğ |
Təhsil Nazirliyi 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi | Tərlan-1 MMC | Ağsu rayonunun təhsil müəssisələrinə lazım olan odun yanacağı | 43 050 |
Təhsil Nazirliyi 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi | Butsefal MMC | Şamaxı və Qobustan rayonlarına lazım olan odun yanacağı | 68 600 |
Təhsil Nazirliyi | Kristal Ltd MMC | Təhsil Nazirliyinin aparatı üçün AZS 282-2007 standartının tələblərinə uyğun 19 litrlik polikarbonat qablarda qablaşdırılmış içməli su | 15 930 |
Təhsil Nazirliyi | Viləş-2018 MMC | Təhsil Nazirliyinin aparatı üçün mebel avadanlıqlarının satın alınması | 14 200 |
Təhsil Nazirliyi 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi | Prof-Dez MMC | Dezinfeksiya, dezinseksiya və deratizasiya işləri | 80 418 |
Təhsil Nazirliyi 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi | Prof-Dez MMC | Dezinfeksiya, dezinseksiya və deratizasiya işləri | 76 698 |
Təhsil Nazirliyi 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi | Prof-Dez MMC | Dezinfeksiya, dezinseksiya və deratizasiya işləri | 87 971 |
Təhsil Nazirliyi 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi | Prof-Dez MMC | Deratizasiya və dezinfeksiya işləri | 69 647 |
Təhsil Nazirliyi | İlkin-Ko MMC | Müxtəlif blankların, qovluqların, qeydiyyat kitablarının, malların təsərrüfatdaxili yerdəyişməsi qaimə - fakturasının çapı və seçilmiş sənədlərin tikilməsi və cildlənməsi işləri | 15 442 |
Təhsil Nazirliyi | F/Ş: Azər Qasımov | Şaquli, üfüqi jalüzlər və ştor pərdələr | 1 954 |
Təhsil Nazirliyi 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi | Prof-Dez MMC | Dezinfeksiya, dezinseksiya və deratizasiya işləri | 79 375 |
Təhsil Nazirliyi 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi | San-Prof MMC | Dezinfeksiya, dezinseksiya və deratizasiya işləri | 67 354 |
Təhsil Nazirliyi 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi | Vinner-A MMC | Odun yanacağı | 60 260 |
Təhsil Nazirliyi 15 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi | Vinner-A MMC | Odun yanacağı | 44 990 |
Təhsil Nazirliyi | Prof-Dez MMC | Dezinfeksiya, dezinseksiya və deratizasiya işləri | 3 299 |
Təhsil Nazirliyi | Dostluq Servis MMC | Təsərrüfat ləvazimatları, mal və materiallar | 35 539 |
Təhsil Nazirliyi | Simplex QSC | Dəftərxana ləvazimatları | 22 301 |
Təhsil Nazirliyi | Tais İkf MMC | Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrində mövcud qanunvericiliyə uyğun dövlət təminatında olan təhsilalanların 2018-ci ilin may-dekabr ayları ərzində yeməklə təchizatı | 9 009 942 |
Təhsil Nazirliyi 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi | Master-Ofis MMC | Odun yanacağı | 254 408 |
Təhsil Nazirliyi 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi | Prof-Dez MMC | Dezinfeksiya, dezinseksiya və deratizasiya işləri | 97 432 |
Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi | San-Prof MMC | Dezinfeksiya, dezinseksiya və deratizasiya işləri | 94 794 |
Təhsil Nazirliyi | Az Fire Safety MMC | Qum şitinin və yanğınsöndürən balonların alınması, eləcə də mövcud yanğınsöndürən balonların təkrar doldurulması işləri | 3 771 |
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.