ELDAR ƏZİZOV APARAT RƏHBƏRİNİ DƏYİŞDİRDİ - Yeni təyinat + FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin tutduğu vəzifədən azad edilib.Rasim Quliyev Modern.az-a özəl açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, öz istəyilə tutduğu vəzifədən azad edilib: “Bəli, öz xahişimlə Aparat rəhbəri vəzifəsindən azad edilmişəm və Bakı Şəhər İcra Hakimiyyətinin Xarici Əlaqələr Departamentinə sədr təyin olunmuşam”.

R.Quliyev bildirib ki, artıq Aparat rəhbəri vəzifəsinə təyinat da olub: “Yeni Aparat rəhbəri Elçin Həbibullayevdir. Gənc, perspektivli, intellektual kadrdır. Əvvəllər Bakı Şəhər İcra Hakimiyyətində çalışmayıb, yeni təyinatdır. Vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə əminəm”.

"AzPolitika.info"  qeyd edir ki, politoloq Azər Rəşidoğlunun yazdığına görə isə, R.Quliyevi işdən çıxarılmasını ciddi narazıqla qarşılayııb: "Narazılıq yarandığını görən Əzizov Quliyevə xarici əlaqələr şöbəsinin sədri vəzifəsini təklif edib. Hələlik Quliyevin bu təklifə razılıq verib-vermədiyi bəlli deyil".

Ancaq R.Quliyevin açıqlamasında belə məlum olur ki, o, təklifi qəbul edib.

Qeyd edək ki, R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Bir müddət jurnalist kimi fəaliyyət göstərib. Elə vəzifəyə təyinatında da jurnalistlik fəaliyyəti zamanı əldə  etdiyi məlumatların, çəkdiyi şəkillərin böyük rol oynadığına dair iddialar var.  

Xatırladaq ki, o, BŞİH-nin keçmiş başçısı Hacıbala Abutalıbovun əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin edilib.

635x100

Şərhlər

antiAbu 2018-09-20 14:16:52

Rasim Quliyev, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayevin qohumudur. Bakı şəhər İcra Hakimiyyətində ondan-bundan danos yazmaq, məhkəmələrdə onunla-bununla çəkişməklə durmaqla məşğul olub. Səfail adında işçisi danışırdı ki, Fidumə Hüseynova İcra Başçısı işləyəndə ondan soruşub ki, "Səfail sənin müdirin Bakı Şəhər İcra Hakimiyyətində yenə də xəbərçiliklə məşğuldur?"

antiAbu 2018-09-20 14:16:52

Məqalədə sonra yazılmışdır: “Əqidəsiz adamlar cəmiyyətin bətnində qarayaradır. Belələrini nə qədər tez tanısaq, onları özümüzdən nə qədər tez uzaqlaşdırsaq, cəmiyyəti bu xəstəlikdən bir o qədər hifz etmiş olarıq.” Prezident seçkisindən sonra Rasim Quliyevin qardaşı “Səs” qəzetinin redaktoru Bəhruz Quliyev, mətbuat konfransı keçirən və seçki ilə bağlı iradlarını bildirən ATƏT-in nümayəndələrinin üstünə hücum çəkib, onların zaldan rədd olmasını tələb edib. Bu qardaşlar vəzifələri olmayanda milli lider Heydər Əliyevin keçirdiyi seçkiləri qeyri-demokratik hesab ediblər, vəzifələri olanda isə seçkilərin keçirilməsinə iradlarını bildirən nümayəndələri zaldan qovurlar. Bu da ona-buna adlar yapışdıran Quliyev qardaşları...

antiAbu 2018-09-20 14:16:52

Rasim Quliyev barəsində “Respublika” qəzeti 07.11.2002-ci il tarixli sayında “Əqidəsiz adamlar” sərlövhəli redaksiya məqaləsinda yazmışdır: “ Belə adamlara siyasi mübarizə düşərgəsinin hər iki tərəfində rast gəlmək olar. Məsələn onlardan biri də 1995-1996-cı illərdə “Millət” qəzetində müxbir işləmiş Rasim Vaqif oğlu Quliyevdir. O, olub keçənlərin unudulduğunu güman edərək sonradan özünü iqtidar adamı kimi “göstərmiş” və nəhayət, Bakı şəhər İcra Hakimiyyətində məsul vəzifə tutmuşdur. Zənnimizcə, altı-yeddi il bundan əvvəl yazdıqlarını ona yenidən xatırlatmaq pis olmaz. Qəzetin 1995-ci il 24 oktyabr tarixli sayında dərc olunmuş məqaləsində Rasim Quliyev parlament seçkilərinin demokratikliyini şübhə altına alır, müxalifətə necə deyərlər, “zuy tuturdu”.Vaxtilə AMİP-in və Etibar Məmmədovun qızğın tərəfdarı kimi çıxış edən, indiki iqtidarın uğurlarına kölgə salmağa çalışan bu adam, görəsən, indi hansı üzlə “bəyənmədiyi” hakimiyyətin kreslosunda oturub? Bəlkə də ona məsul vəzifə etibar edən adamlar Rasim bəyin hansı amal, hansı məslək sahibi olduğundan xəbərsizdirlər”

Rasim cavadov 2018-09-20 14:16:52

Bu kimilerine vezife teklif edilmeli yox i basa istintaqa tehvil verilmelidir. Bakinin ele bir dalani yoxdur ki moyka tikib cirkli sulari insanlarin ve xusysulide mekteblilerin sifetine cirpmasinlar. Bele biabirciliq ise en cox seherin Xetai rayonundadir. Insanlar sekilerden kece bilmir Eldar muell7m. Buna encsm olacaqmi.

Son yazılar