ETİMAD İSMAYILOVUN CƏNAZƏSİ BU GECƏ BAKIYA GƏTİRİLƏCƏK - Sabah dəfn olunacaq

Xəbər verdiyimiz kimi,  dünən axşam saat təxminən 21:00 radələrində iş adamı, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov İstanbulda silahlı basqın nəticəsində qətlə yetirilib. Floryadakı ofisində 2-si başından, 1-i isə ürəyindən 3 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

"AzPolitika.info"nun Etimad İsmayılovun yaxınlarından aldığı məlumata görə, mərhumun cənazəsi bu gecə saat 12:00 radələrində Bakıya gətiriləcək.

Etimad İsmayılov sabah təxminən 12:00 radələrində Nardaran qəbristanlığında dəfn olunacaq. Cənazə  İlyas İsmayılovun Nardarandakı evindən götürüləcək.

Mərhumun yas mərasimi isə bazar günü "Tural" Mərasim Evində olacaq.

Allah rəhmət eləsin! 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar