ƏMDK-ya yeni səlahiyyət verilib

Bundan sonra Azərbaycanda dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsi (IMDK) ilə razılaşdırılacaq.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev ötən gün komitənin fəaliyyətinin təkmilləşdirilməsi və təmin edilməsi barədə 24 iyun 2009-cu il tarixli fərmanına dəyişiklik edib.

Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmanla ƏMDK-ya yeni səlahiyyət verilib. Xatırladaq ki, Komitə indiyə qədər kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə yalnız rəy verirdi. Bu rəyin nəzərə alınıb-alınmaması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətində idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar