"ELƏ BİL DÜNYA YIXILIB ALTINDA QALMIŞAM" - Həyat yoldaşı öldürülən Sevil Nuriyeva

“Mən indi heç bir şey bilmirəm. Bu haqda danışmağa da gücüm yoxdur”. Bunu ötən gün Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun həyat yoldaşı, tanınmış jurnalist Sevil Nuriyeva qafqazinfo-ya açıqlamasında belə deyib.

Göz yaşlarını saxlaya bilməyən S.Nuriyeva hisslərini belə ifadə edib: “Elə bil dünya yıxılıb altında qalmışam”.

E. İsmayılov 1969-cu il iyunun 22-də anadan olub. S. Nuriyeva ilə 2011-ci ildə ailə həyatı qurub. Dostları onların böyük sevgi hekayələrinin olduğunu bildirib.

Cütlüyün qovuşması da asan olmayıb. Belə ki, S. Nuriyeva  ilə E. İsmayılov  gənc yaşlarından bir-birini seviblər. Ancaq ailələr arasındakı anlaşılmazlığa görə qovuşa bilməyiblər. Böyük bir eşq yaşayan Nuriyeva ilə İsmayılov bir müddət, hətta ayrılıq qərarı alıblar.

Daha sonra 2008- ci ildə E. İsmayılov həbs edilib. Belə ki,  o, Bakıdan Moskvaya qayıdarkən hava limanında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Çelyabinskə aparılıb. E. İsmayılov qanunsuz şəkildə həbs edildiyini bildirmişdi. Hüquqi müstəvidə apardığı mübarizədən sonra 2011-ci ildə Rusiyaya buraxılmamaq şərtiylə azadlığa çıxmışdı.

42 yaşında evlənən E. İsmaylov ailə həyatı qurduqdan sonra S. Nuriyeva ilə birlikdə Türkiyəyə köçərək orada yaşayıb. Onların 2014- cü ildə İlyas (Etimad İsmayılovun atası İlyas İsmayılovun adını daşıyır) adlı oğlanları dünyaya gəlib.

S. Nuriyeva ailəsi haqda danışmağı, şəkil paylaşmağı sevmirdi. Amma bu ilin iyun 22-də  həyat yoldaşını ad günü münasibətilə təbrik edərək ona olan hisslərini sosial şəbəkədə bölüşmüşdü.

O, E. İsmayılovu mərd və gözəl qəlbli insan adlandırıb: “ Bir az çətin biridir. Amma bir o qədər də qəlbi yumşaq və sevgi dolu. Sonsuza qədər inanılacaq dost, yol yoldaşı və ərdir. O sosial şəbəkədən istifadə etmir. Bu şəbəkələrə də əsəbiləşir. Şəkil çəkdirməyi də xoşlamır. Hansısa önəmli adamlarla şəkil çəkdirib və onu  paylaşıb hava atanları da qeyri-səmimi adlandırır. Belə bir adamdır. Mübarizəsi olan, mübarizənin nə demək olduğunu anlayan adamdır. Ad günün mübarək. Allah səni hər iki dünyada bəxtiyar etsin”.

 

Onu da bildirək ki, Türkiyədə biznes fəaliyyəti ilə məşğul olan E. İsmayılov atasının rəhbəri olduğu Ədalət partiyası ilə də əlaqələrini kəsməyib. O, partiya sədrinin xarici əlaqələr üzrə müavini vəzifəsini tutub.

635x100

Şərhlər

Zaur 2018-09-20 15:08:51

Sevil xanım, kədərinizi təsəvvür etmək belə insana ağır gəlir. Sizi yalnız mətbuatdan tanımışam və həmişə də böyük rəğbətim olub Sizə. Ən çox Sizə görə üzülürəm. Zərbənin ən böyüyünü Siz almısız. Amma möhkəm olun, səbrli olun! Hər kəs Allahın qədərini yaşayır və bir səbəblə gedəcək bu dünyadan. Allah Etimad bəylə Sizi Cənnətində görüşdürəcək ümüdüylə yaşayın və təsəlliniz o gözəl övladınız (İlyas balanız) olsun. Xətrinizi çox istədiyimçün bilmirəm özümü necə ifadə edim ki, kədərinizi yüngülləşdirə bilim...

İ.Mustafaoğlu 2018-09-20 15:08:51

Etimad bəyi Allah rəhmət eləsin,yeri cənnəti-məkan olsun. Əzizlərinə baş sağlığı verirəm və Allahdan səbr diləyirəm.

Əsəd 2018-09-20 15:08:51

Sevil xanım Siz Azərbaycanın çox hörməti, öz yeri olan az saylı jurnalistlərindənsiniz. Sizə və hörmətli İlyas müəllimə ALLAH-dan səbr diləyirəm. ALLAH balaca İlyası saxlasın.

S.ƏHMƏDOV 2018-09-20 15:08:51

ALLAH RƏHMƏT ELƏSİN SEVİL XANIM.İLYAS MÜƏLLİMƏ VƏ SİZƏ DƏRİN HÜZÜNLƏ BAŞ SAĞLIĞI VERİRƏM.YERİ CƏNNƏT OLSUN.AMİN.

o.b.n 2018-09-20 15:08:51

Etimad bəyə Allah rəhmət etsin.Sevil xanım Sizə və yaxıınlarınıza Allah səbir versin.

Redaktor 2018-09-20 15:08:51

Allah rehm etsin. Ilyas muellime ve ailesine sebr versin.

ABDULQADIR 2018-09-20 15:08:51

ALLAH rehmet etsin.

Rasim 2018-09-20 15:08:51

Allah rehmet elesin. Yeri cennetin yuxarı qatları olsun. Allah ailesine ve ezizlerine sebr versin. Sevil Nuriyevaya da bunu demek isteyirem: İnna lillahi ve inna ileyhi raciun (Bizim hamımızı Allah yaratdı ve axır dönüşümüz de Onadır).

Son yazılar